I Fridrix Vilhelm (Brandenburq kürfürstü)
I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg; 16 fevral 1620[…], Berlin Şəhər Sarayı – 29 aprel 1688, Potsdam Şəhər Sarayı[d], Potsdam) — Brandenburq kürfürstü, Prussiya hersoqu.
Böyük kürfürüst (alm. Großer Kurfürst) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı.