Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
David Garrett
Devid Qarrett (alman dili: David Christian Bongartz; 4 sentyabr 1980[…], Aaxen, Şimali Reyn-Vestfaliya, Qərbi Almaniya) — alman-amerikalı skripka ifaçısı-virtuoz, musiqi istiqamətində, caz və rok ilə klassik musiqi sintezinin ifaçısı. == Şəxsi həyatı == David Qarrett 4 sentyabr 1980-ci ildə Almaniyanın Aaxen şəhərində, amerikalı prima-rəqqasə Dove Garreett və alman vəkil və hüquqşünas Georg Peter Bongartzın ailəsində anadan olmuşdur. O bir təxəllüs kimi anasının qızlıq soyadını qəbul etdi, "daha gur və rahat tələffüs olunduğuna görə". Devid Qarrett subaydır. == Musiqi karyerası == Davidin 4 yaşı olduqda atası böyük qardaşı üçün skripka aldı və beləliklə David musiqiyə maraq göstərdi, tezliklə skripkada ifa etməyə başladı. Bir il sonra, o, müsabiqədə iştirak etdi və ilk mükafatını qazandı. 7 yaşında o, professor Zakhar Bron ilə Lübek Konservatoriyasında skripka çalmağı öyrəndi. 12 yaşından isə o Polşa mənşəli Britaniyalı skripkaçı İda Qendelnən işləməyə başlayır. Onunla görüşmək üçün Devid tez-tez Londona və digər Avropa şəhərlərinə səyahət edir. 17 yaşında o evi tərk edir və Londondakı Kral musiqi kollecinə (Royal College of Music) daxil olur, lakin birinci semestri bitirib onu tərk edir.
Devid Qarrett

Robert Qarrett
Robert Qarrett (d. 24 may 1875; Baltimor, Birləşmiş Ştatlar - ö. 25 aprel 1961; Baltimor, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Robert Qarrett 1896 Afina Olimpiadasında iki qızıl və iki gümüş medal, 1900 Paris Olimpiadasında isə iki bürünc medal qazanıb. Robert Qarrett 1875-ci ilin 24 may günündə Birləşmiş Ştatların Merilend ştatında Baltimor şəhərində anadan olub. 1961-ci ilin 25 aprel tarixində isə elə həmin şəhərdə ömrünün 85-ci yaşında vəfat edib. Robert Qarrett 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına dörd yarış üzrə qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Qarrett 1.65 metr nəticəyə imza atdı və Birləşmiş Ştatların digər nümayəndəsi Ceyms Konnolli ilə birgə I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Qarret lövhə atma yarışlarında isə 29.15 metr nəticə göstərdi və I Yay Olimpiya Oyunlarında özünün birinci qızıl medalını qazandı. Nüvə itələmə yarışlarında da Robert Qarrett analoji uğuru qazandı.