Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gertsel Baazov
Gertsel Baazov (gürc. გერცელ ბააზოვი; 28 oktyabr 1904, Oni (şəhər), Raça-Leçxumi və Aşağı Svaneti diyarı – 12 sentyabr 1938, Tbilisi) — yəhudi-gürcü mənşəli prozaik, dramaturq, şair və tərcüməçi. == Həyatı == Gertsel Baazov 10 (23) oktyabr 1904-cü ildə Rusiya imperiyasının Kutaisi quberniyasının Oni şəhərində, yəhudi din xadiminin, sionist David Baazovun ailəsində anadan olub. Kutaisidə D. Baazov "Yəhudi səsi" qəzeti nəşr etmiş və onun səhifələrində ilk dəfə olaraq Gertsel öz əsərlərini nəşr etməyə başlamışdı. U. Caparidze və D. Canelidze ilə birlikdə doğma şəhərdə gimnaziyadakı təhsilinə davam etmiş, ədəbi jurnal — Oni jurnalını nəşr etdirmişdir. 1928-ci ildə Tiflis universitetinin hüquq fakültəsini başa vurmuşdur. Tbilisi şəhər məhkəməsinin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" işçi jurnallarının əməkdaşı olub. Tbilisi şəhər hakiminin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" jurnallarında məqalə ilə çıxış etmişdir. Tbilisi Universitetində Qərbi Avropa ədəbiyyatı nölməsindən aspitantura üzrə məzun olmuşdur, daha sonra Moskvada təhsil almışdır. İvriti və yəhudi tarixini öyrənmək üçün gecə məktəbinin təşkilində atasına kömək etmişdir, onların şagirdləri ivritcə səhnə almış və konsertlərdə mahnı ifa etmişdiər.
Zanthoxylum gentlei
Zanthoxylum gentlei (lat. Zanthoxylum gentlei) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Genter döyüşü
Genter döyüşü — Qanter döyüşü kimi də tanınan, 13-cü əsrin əvvəlində iki bir-birinə rəqib olan Yava hökmdarı arasında baş vermiş qanlı hərbi münaqişə. Döyüş nəticəsində bir hökmdar, Ken Arok qələbə qazanmış və rəqibinin ordusunu ölkədən qovmuşdur. Döyüşün nəticəsi olaraq, Arok Şərqi Yavada nəzarəti tam ələ almış və Racasa sülaləsinin əsasını qoymuşdur. == Tarixi == 8-ci əsrdən 12-ci əsrə qədər Yava adası müxtəlif ailələrə mənsub krallar və ziyalılar tərəfindən idarə olunurdu. Adanın şərq hissəsində əkinçilik mərkəzi olan feodal dövlətlər (Saylendra, Kediri, Tumapel və Macapahit krallıqları) bir-birilə şumluq torpaqlar və düyü yetişdirmək uğrunda mübarizə aparırdılar. 13-cü əsrin əvvəllərində regionda yeni siyasi qüvvənin yaradılması planı var idi. Namizəd kimi irəli sürülən şəxs isə Ken Arok idi. Kəndli başçıları onun siyasi gücünü artırmaq üçün əllərindən gələni əsirgəmirdilər; Arok şəxsi ambisiyalarına görə digərlərindən fərqlənirdi. Ona görə də, onun bu xüsusiyyətləri Yava folklorunda da öz əksini tapmışdır. Arok ərazisini Tumapel Krallığı ilə birləşdirmək qərarına gəldi.
İda Qendel
İda Qendel (ing. Ida Haendel; 15 dekabr 1928, Xelm[d] – 30 iyun 2020 və ya 1 iyul 2020, Mayami, Florida ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri. İda Qendel Xelm şəhərində yaşayan yahudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi. Atası rəssam və qeyri-peşəkar skripkaçı idi. İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir.