Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geoekologiya
Geoekologiya - elmi yerin daxilində və xaricində baş verən proseslərlə canlı aləm arasında mövcud olan əlaqəni, canlı aləmin yaşaması üçün əlverişli şəratin (mühitin) yaradılması nöqteyi nəzərindən öyrənir. Geoekologiya fənni geologiya və ekologiya fənnlərinin sərhədində yaranmaqdadır. Geoekologiya canlı aləmin yaşadığı şərait, onlar arasında qarşılıqlı münasibət, bu şəraitin geoloji mühitdə baş verən dəyişikliklərlə əlaqədar dəyişməsi, canlı varlığın təsiri ilə geoloji mühitin dəyişməsi, yəni canlı varlıqla geoloji mühit arasında qarşılıqlı münasibət haqqında elmdir. İnsanın həyat mühitinin (geoloji mühitin) vəziyyəti həm geoloji proseslərdən, həm də insanın təsərrüfat fəaliyyətindən asılıdır. Geoekologiyanın predmeti də bundan ibarətdir. Onun obyekti, bir tərəfdən təbii geoloji mühit, digər tərəfdən təbii-antropogen sistemlərdir. Geoekologiya bəşəriyyət üçün böyük əhəmiyyəti olan təbii və təbiəti mühafizə biliklərinin sintezidir. Geoekologiya təbii proseslərin geoloji mühitə və təbii-texnogen sistemlərə mümkün təsir nəticələrini qiymətləndirməyə və qabaqcadan söyləməyə imkan verir. Yer səthində və təkində təbii və oyadılmın (hərəkətə gətirilmiş) geoloji proseslərin gedişini müəyyən edən təbii və texnogen amillərin öyrənilməsi təbii kortəbii hadisələrin nəticələrini zəiflətmək və geoloji mühitə antropogen fəaliyyətin təhlükəli təsirinin minimuma endirilməsinə imkan verir. Öz inkişafında bu elmi sahə müxtəlif təbii və tətbiqi elmlərə - geologiya, fiziki coğrafiya, geomorfologiya, hidrogeologiya, meteorologiya, seysmologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ işləri, faydalı qazıntıların kəşfiyyatı və işlənilməsi və b.
Geokriologiya
Geokriologiya (donuşluq elmi, permafrost) — litosferin donmuş zonasını, eləcə də kriolitozonanı və onu təşkil edən yerin süxur hissələrini öyrənən elm. Geokriologiya geologiyanın bir bölməsidir. Yerin donmuş hissələrinin tarixini, donmuş zonanın litosfdə yayılma qanunlarını, quruluşunu, tərkibini, temperatur rejimini və kriolitozonanın qalınlığını öyrənir. Geokriologiya mövsümi donan və əbədi donmuş torpaqları, süxurları; onların yayılmasını, quruluşunu; onlarda gedən fiziki-kimiyəvi prosesləri öyrənir, donmuş şahələri mənimsəmək və yeraltı sərvətləri istismar etmək yolları axtarır. Buz kristallarını tərkibində saxlayan süxurlara "donmuş süxurlar", əksinə bu kristalları saxlamayan süxurlara isə "ərimiş süxurlar" deyilir. Ancaq təbiətdə tərkibində buz kristalları olmayan süxurlara da rast gəlmək olar. Məsələn, duz qatıçıqları saxlayan süxurlar, ya da tamamilə quru olan süxurlar. Geokriologiyanın inkişafı insanların soyuq yerlərdə tikinti işləri aparmaqlarına şərait yaratdı. Moskva Dövlət Universitənin (MDU) geokriologiya məktəbin banisi və yaradacısı akademik Aleksey Kudryavtsevdir.