Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gilyotin
Gilyotin — bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alətə verilən ad. Müəssislər məclisinin deputatı Jozef İqnas Gilyoten adı ilə adlandırılmışdır. Konstruksiyasını isə cərrah Antuan Lui işləyib hazırlamışdır. Alətin adı əvvəllər "luizetta" olub. 1792-ci il martın 20-ndə Qanunverici məclis tərəfindən ölüm hökmlərinin həyata keçirilməsi vasitəsi kimi qəbul edilmişdir. Fransada 1792-ci il aprelin 25-dən edam hökmünün ləğv edilməsinədək tətbiq olunmuşdur. Sonuncu dəfə 1977-ci il sentyabrın 10-da tətbiq edilmişdir. Yaxın tarixdə digər ölkələrdə də, o cümlədən nasist Almaniyasında tətbiq edilirdi.
Jozef Gilyoten
Jozef İqnas Gilyoten (28 may 1738[…], Sent[d], Fransa krallığı – 26 mart 1814[…], Keçmiş I arondisman[d], Birinci Fransa İmperiyası) — Anatomiya professoru. == Həyatı == Jozef İqnas Gilyoten 1738-ci ilin mayın 28-də Fransanın Sent şəhərində o qədər də uğur qazanmayan vəkil ailəsində dünyaya gəlmişdi. Buna baxmayaraq atası gənc yaşlarından ona ədalətli olmağın sirlərini öyrədə bilmişdi. Bunun nəticəsiydi ki, gənc Gilyoten günahı olan şəxsləri müdafiə etməkdən həmişə boyun qaçırmışdı. Maraqlıdır ki, ilk vaxtlar o, keşiş olmaq istəmişdi, hətta atasından iezuitlərə qoşulmağa icazə verməsini xahiş etmişdi. Lakin tale elə gətirdi ki, həkim oldu. Gilyotenin bioqrafiyasına nəzər yetirdikdə onun dünyabaxışının tezliklə nə dərəcədə dəyişdiyinə şübhə etməyə bilmirsən. Məlumdur ki, həkim kimi o, tələbələr qarşısında mühazirələrlə çıxış etmişdi. Mühazirələrində də gələcək həkimləri inandırmağa çalışmışdı kı, insan, təbiət və kosmosun vahid sistem təşkil etməsi barədə fikirlər cəfəngiyyatdır. Halbuki Parasels və Aqrip kimi alimlər deyirdilər ki, həyat təkcə hərəkət demək deyil, Yer kürəsində yalnız insan və heyvanlar yox, həmçinin istənilən maddi əşyalar da yaşayırlar.
Jozef İqnas Gilyoten

Dmitri Milyutin
Dmitri Alekseyeviç Milyutin(rus. Дмитрий Алексеевич Милютин; 28 iyun 1816, Moskva; 25 yanvar 1912)—Rusiya imperiyasının hərbi naziri, hərbi tarixçi, qraf. == Həyatı == Dmitri Alekseyeviç Milyutin 28 iyun 1816-cı ildə Rusiya imperiyasının paytaxtı Moskva şəhərində anadan olmuşdu. I Pyotrun hakimiyyəti zamanında zadəgan olmuş milyutinlər nəslindəndir. Bu ailə Rusiyada ilk ipək fabriki tikmişdi. Aleksey Mixailoviç Milyutinin (1780–1846) və Yelizaveta Dmitriyevna Kiselyavanın oğludur.Nikolay və Vladimirin böyük qardaşıdır. Dmitri Milyutin 21 fevral 1839-cu ildə Qafqaza ezam olunmuşdu. 30 maydan etibarən Şeyx Şamilə qarşı savaşa başlamışdı. Müharibədə iştirak edən rus komandirlərindən Dmitri Milyutin 80 gün davam edən Axulqo müharibəsi haqqında xatirələrində bunları deyirdi: "Artıq müharibəyə nəzarət və idarə komandirlərin əlindən bütünlüklə çıxmışdı. Hiddətlənərək əsəblərindən adəta dəliyə dönmüş dağlılar necə gəldi əsgərlərimizin üzərinə basqın edib, süngü ilə öldürülənə kimi döyüşürdülər.
Nikolay Milyutin
Milyutin Nikolay Alekseyeviç (1818-1872) - Rusiya dövlət xadimi, islahatçı. Moskva Universiteti yanında kübarlar pansionunda təhsil almışdır. 1835-ci ildən Daxili İşlər Nazirliyində xidmət edirdi. 1842-ci ildə təsərrüfat departamentinin şəhər bölməsinin idarə edilməsi Milyutinə tapşırılmışdı. Burada o, "Şəhərin əsasnaməsi" ("Городовое положение», 1846) adlı sənəd tərtib etmişdir. Özünüidarə qaydalarına görə diqqəti cəlb edən bu sənəd əvvəlcə Peterburqda, daha sonra Moskvada və Odessada tətbiq edilmişdir. 1852-1854-cü illərdə Milyutin Rus Coğrafiya Cəmiyyətinin statistika bölməsinin və şurasının iclaslarında çox fəal iştirak etmişdir. Onun bilavasitə rəhbərliyi ilə "Rusiyada şəhər məskənləri" adlı kitabın ilk iki cildi və 1838-1858-ci illərdə şəhərlərin təsərrüfatları barədə məlumatlar "Şəhərlərin ictimai quruluşu və təsərrüfatı" adı ilə nəşr edilmişdir. 1850-ci ildə təsərrüüfat departamentində "Rusiyanın hökumət statistikası" barədə materialların ətraflı toplusu tərtib edilmiş, həmin topludan Milyutin tərəfindən hazırlanmış çıxarış "Rusiyada şəhər və əkinçilik məskənlərinin sayı" adı ilə "Rusiya haqqında statistik məlumatlar məcmuəsi"ndə (1851, kitab 1) çap edilmişdir. Kəndlilərin təhkimçilikdən azad edilməsi ilə əlaqədar Milyutinin təşəbbüsü ilə "1 yanvar 1854-cü ildən 1 yanvar 1859-cu ilə qədər açıq hərracda satılmış torpağın qiyməti barədə məlumatlar" (SPB., 1859) və "1856-1858-ci illərdə azad satışda olan boş torpaqların qiyməti barədə məlumatlar" (SPB., 1860) toplanmış və çap edilmişdir.