Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Girişmə, öldürər! (film, 1990)
== Məzmun == Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə "Azərbaycan" gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib "Şimşimə" kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Fətəliyev, Pavel Kotorobay Quruluşçu rejissor: Cahangir Mehdiyev Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Quruluşçu rəssam: Fikrət Ələkbərov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Mahnıların mətni: Ramiz Rövşən Montaj edən: Tamilla Muxtarova Kaskadyor: Əli Məmmədov === Rollarda === Həsənağa Turabov — Həsən Rasim Balayev — kapitan Rasim Səyavuş Aslan — Səyavuş Zemfira Nərimanova — Zemfira Lətifə Əliyeva — falçı Tələt Rəhmanov — Tələt Əjdər Həmidov — Əjdər Mirzə Babayev — general Rövşən Məmmədov — Qreqo Saleh Sadıqov — sərnişin Nizami Mirsalayev — sürücü Nizami İsmayılov — kapitan köməkçisi Mamuka Kikaleyşvili (Mamuka Kikaleşvili kimi) — sərnişin Əli Məmmədov === Filmi səsləndirən === Yaşar Nuri — general (Mirzə Babayev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Girişmə, öldürər! (film, 1991)

Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.