GƏZİŞMƏK


1. bax gəzinmək 1-ci mənada. Dəhlizdə gəzişmək.
– Mirzağa … klubun böyükcə foyesində ağır addımlarla gəzişirdi. S.Hüseyn.
Şəhərin məşhur taciri Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir. H.Nəzərli.

2. f. Açıq havada istirahət və ya vaxt keçirmək məqsədilə gəzmək; gəzinmək. Bağda gəzişmək. Parkda gəzişmək.
– Yay fəslində, bir gün axşam çağında; Gəzişirdim Qız qalası dağında. A.Səhhət.
Gəzişək qolqola sahil boyunca; Gəl-gəl Xəzərimin qırağına, gəl! S.Rüstəm.
[Yaşar] ayağa durub gəzişsə idi, bəlkə bir qədər qızışardı. M.Rzaquluzadə.

Синонимы

  • GƏZİŞMƏK yerimək — getmək
  • GƏZİŞMƏK 1. GƏZİŞMƏK (açıq havada istirahət məqsədi ilə gəzmək) [Əbülhəsən bəy:] Mən Nina və konsulun qızları ilə birlikdə gəzişdik (M
GƏZİŞMƏ
GƏZLƏMƏ

Значение слова в других словарях