Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Georq Avqust Qoldfus
Corc Avqust Qoldfus (alm. Georg August Goldfuß‎; 18 aprel 1782, Turnau - 2 oktyabr 1848, Bonn) — alman bioloqu, paleontoloqu, mineraloqu və botaniki. == Bioqrafiya == Qoldfus 1782-ci ilin 18 aprelində Bayroyt şəhəri yaxınlığındakı Turnauda anadan olmuşdur. Təhsil aldığı Erlanqen-Nüremberq Universitetindən 1804-cü ildə məzun olaraq 1818-ci ildə zoologiya professoru olmuşdur. Daha sonra Bonn Universitetinə zoologiya və mineralogiya professoru olaraq göndərilmişdir. Paleontoloq Kont Corc zu Münsterin köməyi ilə Almaniyadakı onurğasız heyvanları rəsm etmək üçün "Petrefacta Germaniae" (1826–1844) adlı kitabını nəşr etdirmiş, amma dəniz mərcanlarını, dərisitikanlıları, molyuskaları, dəniz zanbaqlarını rəsm etdikdən sonra yarıda buraxmışdır. Qoldfusun botanik kolleksiyası indi Bonn Universitetində mühafizə olunur. 1848-ci ilin 2 oktyabrında Bonnda vəfat etmişdir.