Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnverness
İnverness (ing. Inverness, şot.kelt Inbhir Nis) — Böyük Britaniyada, Şotlandiyanın Haylends bölgəsinin mərkəzi olan şəhər. Coğrafi mövqeyinə görə Şotlandiyanın şimalında yerləşən Haylends bölgəsinin daşıma və nəqliyyat yollarının kəsişməsində yerləşir və bu bölgənin təbii mərkəzidir. İnvernessdəki ilk yaşayış yerləri piktlərə məxsus olan istehkam tipli mövqelərdir. İlk yazılı sənəd missioner Kolumbanın 565-ci ildə Pikt kralı Brudiyə Xristian dinini qəbul etdirmək üçün etdiyi ziyarətlə bağlıdır. Bu kralın indiki şəhərin yerləşdiyi yerdən 2,4 km qərbdə, qorunan bir mövqedə yaşadığı qəbul olunmuşdur. Uilyam Şekspir tərəfindən toxunulan mövzu olan Şotlandiya kralı I Mecbitin ondan əvvəl kral olan I Dunkanı öldürməsi hadisəsi İnvernessdə, indiki qalanın 1 km şimal-şərqində yerləşən başqa bir istehkam mövqeyində cərəyan etmişdir. Bu keçmiş istehkam mövqeyini ləğv edən Şotlandiya kralı III Malkolm Krenmor hal hazırkı İnverness qalasının mövqeyində ilk qalanı tikdirmişdir. Bu qala və İnverness strateji mövqeyi səbəbindən bir çox düşmənin (Haylends klanına daxil olanlar, Hebraydis adasında yaşayanlar və Skandinaviyadan gələn vikinqlər) hücumuna hədəf olmuşdur. Orta əsrlərdə ticarət mərkəzinə çevrilən İnvernessdə ənənəvi olaraq ilin fəsillərinə uyğun olan dörd müxtəlif yarmarka keçirilirdi.