Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gravity
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Gravity Falls
Qraviti Fols (ing. Gravity Falls) — Aleks Hirş tərəfindən yaradılmış ABŞ istehsalı cizgi serialı. Seriyalar 15 iyun 2012-ci ildən, 15 fevral 2016-cı ilə qədər Disney Channel və Disney XD kanallarında nümayiş olunub. Serial Meyson "Dipper" Payns (ing. Dipper Pines) və onun əkiz bacısı Meybl Paynsın (ing. Mabel Pines) yay tətili üçün, Oreqonun müəmmalı, paranormal insidentlərin baş verdiyi, fövqəltəbii varlıqların yaşadığı Qraviti Fols qəsəbəsində yaşayan əmisi Stengilə (ing. Stan Pines) yollandıqdan sonra orada baş verən hadisələrdən bəhs edir. Uşaqlar Stenin sahib olduğu "Sirli daxma" (ing. The Mystery Shack) adlı turist tələsini işlətməkdə ona kömək edirlər və qəsəbədə baş verən sirləri araşdırırlar. Hirş 20 noyabr 2015-ci ildə serialın iki sezonla yekunlaşacağını bildirdi, və bunun "öz seçimi olduğunu, ləğv olunmadığını – serialın artıq sona çatdığı" dedi.
Gravity (Zlata Oqneviç)
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Gravity of Love
Gravity of Love (azərb. Cazibə sevgisi‎) ― Enigma musiqi layihəsi adından 1999-cu ildə çıxarılmış sinql. Mahnı Enigma musiqi layihəsi adından çıxarılan The Screen Behind the Mirror albomuna daxil olan iki sinqldan birincsidir. Mahnının vokal hissəsi Böyük Britaniya Olive musiqi qrupunun solisti Ruth-Ann Boyle tərəfindən ifa edilib. Mahnıda həmçinin məşhur alman bəstəkarı Carl Orffun Carmina Burana əsərinin elementlərindən istifadə edilib. Mahnının klipi də olduqca uğurlu alınmışdır. Klipdə orta əsr Avropa ball maskaradlarından biri təsvir edilmişdir. Klip Avstriyanın Vyana şəhəri yaxınlığındakı məşhur saraylardan birində çəkilmişdir. Klipin rejissoru Thomas Jobdur.
Zero Gravity (mahnı)
"Zero Gravity" (azərb. Sıfır qravitasiya‎) — Avstraliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Keyt Miller-Haydki "Zero Gravity" mahnısı ilə Avstraliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Pop və opera üslubunu özündə birləşdirən mahnı ifaçı Keyt Miller-Haydki və həyat yoldaşı Keir Nuttall tərəfindən bəstələnmişdir.
Gravity (Hoviq Demirciyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.
Gravity (Ovik Dəmirçyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.