Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
David Qrossman
David Qrossman (ivr. ‏‏דויד גרוסמן‏‎; 25 yanvar 1954[…], Qüds, İsrail) —yəhudi yazıçı. == Həyatı == David Qrossman 1954-cü ildə Qüds şəhərində doğulub.Atası Polşadan gəlmədir. Bütün ata qohumları Holokost zamanı ya məhv olmuş, ya da itkin düşmüşdü. Anası əslən qüdslüdür. David Qrossman İsrail ordusunda xidmət etdikdən sonra universitetdə fəlsəfə və teatr sənətini öyrənmişdi. İsrailin səsi radiosunda aparıcı kimi çalışmışdı. == Ədəbi yaradıcılığı == David Qrossman ilk kitabını 1979-cu ildə nəşr etdirib. İlk romanı isə "Oğlağın təbəssümü" (חיוך הגדי) adlanır. İudeya və Samariya əhalisinin yaşam yolu haqqındadır.
Karl Qrossman
Karl Qrossman (ing. Carl Friedrich Wilhelm Großmann; 13 dekabr 1863, Almaniya, Noyruppin – 5 iyul 1922, ) – almaniyalı seriyalı qatil. O, tam etiraf etmədən edam edilməsini gözləyərkən cinayətlərinin miqyası və səbəbləri əhəmiyyətli dərəcədə bilinməyərək intihar etdi. Təsdiqlənməmiş məlumatlara görə, Birinci Dünya müharibəsi illərində qurbanlarının ətini satırdı. O, ölüm hökmünə məhkum edildi, lakin kamerasında özünü asdığı nəzərə alınaraq hökm heç vaxt qüvvəyə minmədi. == Haqqında == Karl Qrossmanın sadist cinsi zövqləri və uşaq zorakılığına görə bir neçə məhkumluğu istisna olmaqla, uşaqlıq və gənclik illəri ilə bağlı az şey məlumdur. Gəncliyində 7 yaşlı bir qıza təcavüz etdiyi üçün 14 il həbs cəzası alıb.Birinci Dünya müharibəsi illərində Qrossman qara bazarda ət satırdı və hətta evinin yaxınlığındakı bir qatar stansiyasında hot-dog stendi var idi. Karlın qurbanlarının ətini satdığı, sümüklərini və digər yeyilməyən hissələrini çaya atdığı güman edilirdi. İtkin düşmüş qadınların parçaları Andreasa Meydanı yaxınlığındakı bir kanalda və Luizenştadt kanalında tapıldı. == Həbs olunması == 21 avqust 1921-ci ildə Qrossmanın qonşuları Berlindəki mənzilindən gələn qışqırıqlar haqqında polisə məlumat verdikdən sonra o, həbs edildi.
Miron Qrossman
Miron Osipoviç Qrossman — fotoqraf, rejissor, operator. == Həyatı == Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə Bakıda və Uralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar.
Vasili Qrossman
Vasili Semyonoviç Qrossman (əsl adı - İosif Solomonoviç Qrossman; 29 noyabr (12 dekabr) 1905 və ya 12 dekabr 1905 – 14 sentyabr 1964[…], Moskva, RSFSR, SSRİ) — rus sovet yazıçısı və jurnalisti, hərbi müxbir. Yazıçının əsas kitabı olan "Həyat və tale" romanı 1961-ci ildə KQB tərəfindən müsadirə edilmiş, möcüzəvi şəkildə qorunmuş, gizli şəkildə mikrofilmdə ixrac edilmiş və ilk dəfə yalnız 1980-ci ildə İsveçrədə, Lozannada nəşr edilmişdir (Şimon Markiş və Yefim Etkind tərəfindən redaktə edilmişdir) .
Vladimir Qroysman
Vladimir Borisoviç Qroysman (ukr. Володимир Борисович Гройсман; 20 yanvar 1978[…], Vinnitsa) — 27 noyabr 2014-cü ildən Ukrayna Ali Radasının 8-ci çağırış deputatı. O, Pyotr Poroşenkonun Bloku nəzdində parlamentə seçilib. I Yatsenyuk hökumətində, yəni 27 fevral-27 noyabr 2014-cü il tarixlərində Qroysman Ukraynanın xarici işlər naziri, Regionun inkişafı üzrə nazir və Kommunal xidmətlər naziri olaraq fəaliyyət göstərib. 28 mart 2006-cı ildən 27 fevral 2014-cü ilə qədər Vinnitsanın meri vəzifəsini tutub.