Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quyhaquy
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Adi qurqur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Yaxalıqlı qurqur
Yaxalıqlı qurqur (lat. Streptopelia decaocto) — Göyərçinkimilər dəstəsinə daxil olan quş növü. == Görünüşü == Yaxalıqlı qurqur Çöl göyərçini boyda olurlar. Uzunluqları 31 ilə 33 sm-ə çatır. Bununla belə daha yüngül və quyruğu daha uzun olması ona daha incə və zərif görünüş verir. Qanadları arasında məsafə 47 ilə 55 sm arasında dəyişir. Bədən çəkisi 150 ilə 200 qr arasındadır. Növün fərqli bir xüsusiyyəti başın arxasındakı qara açıq bir halqadır. Cinsi dimorfizm yoxdur. Gənc quşlarda başın arxasında qara yarım üzük yoxdur.