Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel(ing. Intergovernmental Panel on Climate Change)- iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə beynəlxalq qurumdur. Bu qurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən iqlim dəyişikliyi və onun potensial ekoloji və sosial-iqtisadi təsirləri haqqında məlumatların mövcud vəziyyəti ilə əlaqədar dünyanı açıq elmi mülahizələrlə təmin etmək üçün yaradılmışdır. İDHP-i hökumətlərarası və elmi bir orqandır. Hal-hazırda BMT-yə və WMO-ya üzv olan 194 ölkə eyni zamanda İDHP-nın üzvüdürlər və bu ölkələr iqlim dəyişikliyi anlayışına uyğun olaraq dünya üzrə ən son elmi, texniki və sosial-iqtisadi məlumatları nəzərdən keçirir və qiymətləndirirlər. İDHP-nin elmi və hökumətlərarası statusuna görə, bu qurum qərar qəbul edən şəxslərə ciddi və balanslı elmi məlumatlar təqdim etmək üçün unikal bir şərait yaradır. Bu səbəbdən Təşkilatın işi müvafiq siyasətlə bağlı olmaqdan savayı, həm neytral siyasətə və həm də təlimatsız siyasətə əsaslanır. İDHP hər hansı bir tədqiqat apamır və ya iqlimə bağlı məlumatları və amilləri izləmir. Dünyanın hər bir yerindən minlərlə alim könüllülük əsasında İDHP-in işinə yardım edir.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı — İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son belə hesabatı. Əvvəlkidən yeddi il sonra dərc edilir. Əvvəlki beşinci qiymətləndirmə hesabatı 2013–2014-cü illərdə dərc edilir. Altıncı qiymətləndirmə dövrü 2015-ci ildə iqlim dəyişikliyi üzrə Paris Sazişinin qəbulundan sonra ilk hesabat seriyası idi. Hesabata 67 ölkədən 270-dən çox alim öz töhfəsini verib. Готовился он с 2016 года, должен быть полностью закончен в 2022-м (с публикацией обобщающего доклада). O 2016-cı ildən hazırlanır və 2022-ci ildə tam başa çatdırılmalıdır (ümumi hesabatın dərci ilə). 2018-ci ilin əvvəlində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel "Qlobal istiləşmə 1,5 °C" adlı xüsusi hesabat dərc etmişdi ki, burada planet artıq 1°C-lik qlobal istiləşmədən əziyyət çəkir və niyə istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq lazımdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatına görə, dünya artıq ekstremal iqlim dəyişikliyindən qaçmaq iqtidarında deyil: 2020-ci illərdə karbon qazı və digər istixana qazları emissiyalarında əhəmiyyətli azalmalar baş vermədikdə qlobal istiləşmə 1,5 °C və 2°C-dən çox olacaq. Qeyd edildiyi kimi, 2021-ci ildə "Niyə və nə baş verir?" sualına cavab verən iqlim dəyişikliyinin fiziki əsaslarına dair bir cild nəşr olunur.