Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüsaməddin Laçın
Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır. == Həyatı == Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür. 1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı. 1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.
Hüsaməddin Tuğac
Hüsaməddin Tuğac (1 yanvar 1889 – 2 yanvar 1975) — ictimai xadim. == Həyatı == Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə, Ərzurumun Həsənqala rayonunda hərbçi yüzbaşı Hacı Əhmədin ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912–1913-cü illərdə Balkan savaşına qatılıb. Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub. 1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksək rütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər. Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif — qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Uzun müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam etdirilir.
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış hökmdarlarından biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Atıfzadə Hüsaməddin Əfəndi
Atıfzadə Hüsaməddin Əfəndi (1799, Konstantinopol – 1871, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Cevdet, Tezâkir, IV, 63. Lutfî, Târih, IX, 37, 47, 125, 128, 162; X, 103, 105, 113; XI, 15; XII, 7; XIII, 11, 27, 58. İlmiyye Salnâmesi, s. 594–595. Karal, Osmanlı Tarihi, VII, 140. Danişmend, Kronoloji2, V, 154.
Hüsaməddin xan Səlmasi
Hüsaməddin xan Xosrov xan oğlu Səlmasi (?-?)—arif, alim. == Həyatı == Hüsaməddin xan Xosrov xan oğlu Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Hüsaməddin xan Səfirülarifeyn Pərviz xanın nəvəsidir. Azərbaycanın məşhur Zəhəbiyyə silsiləsindəndir. Onun ata-babaları Salmas mahalında yaşam sürən Lək tayfasının başçıları olublar. Hüsaməddin xan Səlmasi Azərbaycanın tanınmış ariflərindəndir. Bir risalənin müəllifi idi. Bəzi kitabları Təbrizdə çap olunub.
Saməddin Fərziyev
Saməddin Mehman oğlu Fərziyev (20 iyun 2001; Xanəgah, Lerik, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Daha sonra Lökbatana köçüblər. Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib. == Hərbi xidmətləri == Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Saməddin Fərziyev Hadrutun azad edilməsində savaşıb.
Saməddin Qəfərov
Saməddin Rasim oğlu Qəfərov (23 yanvar 1993; İsmayıllı rayonu, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Qəfərov 1993-cü il yanvarın 23-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Saməddin Qəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saməddin Qəfərov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Qəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saməddin Qəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Saməddin Əmrahov
Saməddin Şamil oğlu Əmrahov (2 oktyabr 1978; Kəlbəcər, Azərbaycan SSR — 4 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Əmrahov 1978-ci il oktyabrın 2-də Kəlbəcər şəhərində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Aysu adında qızı və Şamil adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Saməddin Əmrahov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Şaməddin Əliyev
Şaməddin Qafqaz oğlu Əliyev (8 oktyabr 1990; Goranboy rayonu, Azərbaycan SSR — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şaməddin Əliyev 1990-cı il oktyabrın 8-də Goranboy rayonunun Balakürd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Şaməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaməddin Əliyev oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaməddin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaməddin Əliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.