SƏRKƏRDƏ Əyinlərinə dəmir geyim geymiş sərkərdələr öz dəstələri ilə bərabər küçələrə çıxmışdılar (M.S.Ordubadi); QOŞUN BÖYÜYÜ/BAŞÇISI [Sənəm:] ..Cahangir ağa Rusiyada qoşun böyüyü olubdur (S.S.Axundov); SƏRDAR (köhn.) Nizami: Siz bir qoşun sərdarı, mənsə yoxsul bir şair, bizim aramızda nə kimi məktublaşma ola bilər? (M.S.Ordubadi); SƏRƏSGƏR Soltan əmr etdi, ləşkər atlandı; Çıxdı fərman, sərəsgər atlandı (A.Səhhət); SƏRHƏNG Yönünü yəsarımda sərhənglər; Nə sərhənglər – Rüstəmi-cənglər! (M.Ə.Sabir); SƏRTİB (köhn.) Gördüz ki, necə sizləri təqib elədim mən! Baqqal balasın ləşkərə sərtib elədim mən! (M.Ə.Sabir); SİPƏHSALAR (köhn.) Əmir İnanc sipəhsalar Hüsaməddini yanına çağırıb danışır... (M.S.Ordubadi); KOMANDAN (bax).