Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüseynxan
Hüseynxan (Bicar) Qışlaq-i Hüseynxan (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Baranlıq-i Hüseynxan (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Ağbulaq-i Hüseynxan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Hüseynxan (Bicar)
Hüseynxan (fars. حسين خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Hüseynxan Naxçıvanski
Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski (9 avqust 1863, Naxçıvan – 1919, Petroqrad) — Rusiya imperiyasının azərbaycan əsilli hərbi xadimi. Tam süvari qoşunu generalı (1916). Naxçıvan xanları ailəsinə mənsub idi. Elit süvari dəstələrinə komandanlıq edirdi. Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant olmuşdur. 15 Rusiya və 9 xarici dövlət mükafatlarının kavalieri, o cümlədən döyüş ordenləri olan — 3-cü və 4-cü dərəcə Müqəddəs Georgi ordeni, "İgidliyə görə" qızıl silaha layiq görülmüşdür. Güman edilir ki, 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələnmişdir. == Hərbi karyerasının başlanğıcı == Hüseyn xan Naxçıvanski 1863-cü il iyulun 28-də (9 avqust) Naxçıvan şəhərində rus ordusunun kapitanı(14 sentyabr 1874-cü ildən bəri) Kəlbəli xan Naxçıvanski və həyat yoldaşı Xurşidin ailəsində anadan olmuşdur. Səkkiz uşağının yeddincisi idi. Hüseyn xanın atası Naxçıvan xanlığının son hökmdarının oğlu idi.
Əsədulla xan Hüseynpur
Əsədulla xan Əhəd ağa oğlu Hüseynpur (fars. اسد الله حسین پور‎) (1882–1954) — Qacarlar dövlətinin polkovniki, İran Kazak diviziyasının zabiti. Əsədulla xan Əhəd ağa oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Hüseynpurun ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Mustafa xan Xançobanlının nəvəsi Hüseyn xan Sərkərin nəvəsidir. Atası Əhəd ağa və əmilərini gənc yaşda itirdikdən sonra Ərak mahalından qalma miras mülklərlə çox varlanmışdı. 12 yaşında anasını itirdi. Bacısı da Ərak hakimi Abdullah Mustofi ilə evləndikdən sonra vəfat etdi. Bu hadisədən sonra könüllü olaraq İran Kazak diviziyasına qoşuldu. 1910-cu ildə hərbi təhsilini bitirdi.
Ağbulaq-i Hüseynxan (Bicar)
Ağbulaq-i Hüseynxan (fars. آغبلاغ حسين خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (29 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Baranlıq-i Hüseynxan (Miyanə)
Baranlıq-i Hüseynxan (fars. برنليق حسين خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (36 ailə).
Cəbrail Hüseynxan oğlu Xanməmmədov
Qışlaq-i Hüseynxan (Biləsuvar)
Qışlaq-i Hüseynxan (fars. قشلاق حاج حسين خان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (31 ailə).