Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Homindan
Qomindan və ya Homindan (çin. 中國國民黨; Zhōngguó Guómíndǎng — Çin Milliyətçi Partiyası) — Tayvandakı Çin Respublikası siyasi partiyası. İdeologiyaları antikommunizm və Çinin təzə birləşməsidir. 1894-cü il noyabrın 11-də Çin İntibah Cəmiyyəti kimi təsis edilmişdir. 2006-cı ildə 1,089,000 üzvü var idi. 2008-ci il yerli seçkilərində qalib gəldi. Rəsmi rəngi mavidir. Homindanın ideoloji və təşkili mənşəyi 1894-cü ilində o vaxt Havay Respublikasının paytaxtı olan Honolulu şəhərində Çinin Dirçəliş Üçün Cəmiyyətinin banisi və Çin milliyətçisinin tərəfdarı olan Sun Yatsenın işlərindən gəlir. Milliyətçi Partiya Pekin şəhərindəki Huquan Gildiya Sarayında Çinin ilk milli seçkilərdə iştrak məqsədilə birləşən beş kiçik partiyasının birləşməsi nəticəsində 1912-ci ilin avqustun 25-də yaradılıb.
Həmədan
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Təminat
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Ağabulağı (Həmədan)
Ağabulağı — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 48 km. şimal-qərbdədir.
Ağac (Həmədan)
Ağac — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 63 km cənub-şərqdədir.
Ağbulaq (Həmədan)
Ağbulaq — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Həmədan şəhərindən 21 km şimaldadır.
Ağcaxərabə (Həmədan)
Ağcaxərabə - İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Kəbudərahəng kəndistanında, Həmədan şəhərindən 15 km şimal-şərqdədir.
Ağdərə (Həmədan)
Ağdərə - İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 75 km cənubdadır.
Ağkənd (Həmədan)
Ağkənd - İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Sərdrud kəndistanında, Rəzən qəsəbəsindən 9 km cənub-qərbdədir.
Ağtəpə (Həmədan)
Ağtəpə — İranın Həmədan ostanında kənd.. Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılı kəndistanında, Kəbudərahəng qəsəbəsindən 7 km şimal-qərbdədir.
Ağçay (Həmədan)
Ağçay - İranın Həmədan ostanında kənd. Mərkəzi şəhristanının Rəzən bölgəsinin Dərcəzin kəndistanında, Rəzən qəsəbəsindən 12 km şimal-şərqdədir.
Bahar (Həmədan)
Bahar — İranın Həmədan ostanının Bahar şəhristanında şəhər, həmin şəhristanın inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,271 nəfər və 6,956 ailədən ibarət idi. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Şəhərdə bir neçə tarixi körpü, o cümlədən Aramand, Bahar, Rubat, Salehabad və Simin körpüləri yerləşir.
Cəmiran (Ərdəbil)
Cəmiran — İranın Ərdəbil ostanında kənd. Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimal-qərbdədir.
Homindan partiyası
Qomindan və ya Homindan (çin. 中國國民黨; Zhōngguó Guómíndǎng — Çin Milliyətçi Partiyası) — Tayvandakı Çin Respublikası siyasi partiyası. İdeologiyaları antikommunizm və Çinin təzə birləşməsidir. 1894-cü il noyabrın 11-də Çin İntibah Cəmiyyəti kimi təsis edilmişdir. 2006-cı ildə 1,089,000 üzvü var idi. 2008-ci il yerli seçkilərində qalib gəldi. Rəsmi rəngi mavidir. Homindanın ideoloji və təşkili mənşəyi 1894-cü ilində o vaxt Havay Respublikasının paytaxtı olan Honolulu şəhərində Çinin Dirçəliş Üçün Cəmiyyətinin banisi və Çin milliyətçisinin tərəfdarı olan Sun Yatsenın işlərindən gəlir. Milliyətçi Partiya Pekin şəhərindəki Huquan Gildiya Sarayında Çinin ilk milli seçkilərdə iştrak məqsədilə birləşən beş kiçik partiyasının birləşməsi nəticəsində 1912-ci ilin avqustun 25-də yaradılıb.
Həmədan (Xudafərin)
Həmədan (fars. همدان‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (41 ailə).
Həmədan (ostan)
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Həmədan (şəhər)
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Həmədan bəylərbəyliyi
Həmədan bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. 1503-cü ildə I Şah İsmayıl on iki minlk qoşunla Təbrizdən çıxaraq Qızıl üzən çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı. Sultan Murad bəy Bayandur yetmiş min nəfər qoşun toplamışdı. 1503-cü il iyunun 21-i Almaqulağı döyüşü baş verdi. Ağqoyunlular sayca çox olsalar da, məğlub oldular. Murad bəy Şiraza qaçdı. I Şah İsmayıl onu təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Beləliklə, Ağqoyunlu dövlətinin ikinci qoluna son qoyuldu. Həmədan Səfəvilərə tebe oldu. Qaraca sultan Təkəlinin bu əyalətdə tiyul torpağı vardı.
Həmədan ostanı
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Həmədan türkləri
Həmədan ostanının türkləri — İran İslam Respublikasında yaşayan Türk millətinin bir qismidir. Kompakt halda (Bahar şəhristanı, Rəzən şəhristanı, Kəbudər Ahəng şəhristanı, Famenin şəhristanı və Dərgəzin şəhristanı)nda və qismən (Həmədan şəhristanı, Əsədabad şəhristanı və Məlayer şəhristanı)nda yaşayırlar. Danışdıqları dil Azərbaycan dilidir. Həmədan ostanının 980 kəndinən 562 kəndində türklər yaşayılar. İranda rəsmi və qeyri-rəsmi statistikaya görə, Azərbaycan türkləri Həmədan ostanının 58.90%-ni təşkil edirlər. Yəni bu ostanın 1.758.268 nəfər əhalisinin 1.036 milyonu Azərbaycan türkləridir.
Həmədan şəhristanı
Həmədan şəhristanı (fars. شهرستان همدان‎) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Həmədan şəhəridir. Tərkibinə həmçinin Curəqan, Məryanəc və Qəhavənd şəhərləri də daxildir. 2011-ci ilədək şəhristanın ərazisi keçmiş Famənin bəxşinin ərazisi ilə birlikdə 3675 km² idi. Hazırda 1362 km² ərazisi olan keçmiş Famənin bəxşi Həmədan şəhristanından ayrılmış və ayrıca şəhristan olmuşdur. Bu səbəbdən Həmədan şəhristanının ərazisi azalaraq 2313 km² təşkil etməkdədir. Rəsmi olaraq Həmədan şəhristanının əhalisini 2006-cı ilin siyahıyaalınmasına əsasən 585,642 nəfər təşkil edirdi; siyahıya alınma zamanı şəhristanın ümumi əhalisi 626,183 nəfər təşkil etmişdir, ancaq 2011-ci ildə Həmədan şəhristanının Famənin bəxşi ayrılaraq yeni Famənin şəhristanına çevrilmişdir, 2006-cı ildə s.a. zamanı keçmiş Famənin bəxşində 40,541 nəfər qeydə alınmışdı. Bu səbəbdən Həmədan şəhristanının indiki sərhədləri çərçivəsində 2006-cı il s.a.
Həmədan şəhəri
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Həmədan əməliyyatı
Həmədan əməliyyatı — rus qoşunlarının İranda Birinci dünya müharibəsi zamanı 1915-ci ilin 17 (30) oktyabr — 3 (16) dekabrında keçirdiyi hücum əməliyyatı. Əməliyyatın keçirilməsinə səbəb İranda və Əfqanıstanda fəallaşan alman-osmanlı casus şəbəkəsi, məqsəd isə onun neytrallaşdırılması idi. Rusların iddiasına görə alman-osmanlı casuslarının fəaliyyəti nəticəsində İran vətəndaş müharibəsi həddində idi. Eyni zamanda Əfqanıstanın da Rusiya və İngiltərəyə qarşı çıxmaq ehtimalları artırdı. Bu şəraitdə rus Qafqaz ordusunun komandanlığı İrana Bakı və Xəzər dənizi vasitəsi ilə, N.N.Baratovun komandanlığı altında 3 tabor, 39 yüzlük, 5 batareya — cəmi 8 min adam və 20 top göndərdi. 17 (30) oktyabr korpus Ənzəli limanında yerə endi, 29 oktyabrda (11 noyabr) isə, əvvəl rus qoşunlarının olduğu Qəzvində cəmləşdilər. Sonra iki sütunla, iddialarına görə 8 minlik alman-osmanlı agenturasının mərkəzi olan Həmədan və Qum, bir kolonla isə Tehran üzərinə hərəkətə başladılar. 3 (16) dekabrda rus qoşunları Həmədanı tutdu, sonra Bürucərd, Dövlətabad, cənub-qərbi Laləkan və Qum rayonlarında alman-osmanlı diversantlarını darmadağın etdilər. Sonuncusu 9 (22) dekabrda alındı. Bu vaxta qədər korpusun qoşunları qüvvələrin bir hissəsi ilə Tehranın şimal-qərb, sonra isə cənub civarına çıxdılar.
Salehabad (Həmadan)
Salehabad — İranın Həmədan ostanının Bahar şəhristanının Salehabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,708 nəfər və 1,974 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Salehabad (Həmədan)

Yemişan
Yemişan (lat. Crataegus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. ASE və bəzi başqa qaynaqlarda cinsin adı səhvən Grataegus kimi verilmişdir. Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvaridir. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvari giləmeyvəyəoxşar lətli və şirəli meyvəsi olur. Meyvəsi yetişən vaxt qırmızı, qara, şabalıdı və s. rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli toxumları yerləşir. Bitki may-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvələri yetişir.[mənbə göstərin] Azarol yemişan (Crataegus azarolus L.) Korolkov yemişanı (Crataegus korolkowii L. Henry) Birdişicikli yemişan (Crataegus monogyna Jacq.) Beşdişicikli yemişan (Crataegus pentagyna Waldst.
Seminar
Seminar — bir akademik müəssisədə, ya da kommersiya və ya peşəkar təşkilat tərəfindən təklif olunan akademik təlimat forması. Seminar təkrarlanan görüşlər üçün kiçik qrupları bir araya toplamaq, hər dəfə iştirak edən hər kəsin iştirak etməsi tələb olunan müəyyən bir mövzuya diqqət yetirmək funksiyasına malikdir. Buna tez-tez seminar rəhbəri və ya təlimatçı ilə davam edən Sokratik dialoq və ya tədqiqatın daha rəsmi təqdimatı vasitəsilə nail olunur. Əslində, bu, planlaşdırılan oxuların müzakirə olunduğu, sualların qaldırıla biləcəyi və debatların keçirilə biləcəyi yerdir. Seminar sözü alman dilindən götürülmüşdür (ümumi isim kimi həmişə böyük hərflə Seminar kimi yazılır) və "toxum sahəsi" mənasını verən latın "seminarium" sözündən əmələ gəlir. Seminarın kök sözü spermadır (latınca "toxum" deməkdir). "Seminar" termini çox vaxt xaricdən gələn tədqiqatçı tərəfindən verilən və əsasən akademiklər, tədqiqat işçiləri və aspirantların iştirak etdiyi tədqiqat işini təsvir etmək üçün istifadə olunur. Seminarlar tez-tez müntəzəm silsilələr şəklində keçirilir, lakin hər bir seminar adətən həmin məruzəçinin seçdiyi mövzu üzrə fərqli məruzəçi tərəfindən aparılır. Belə seminarlar adətən təhsil kursunun bir hissəsi deyil və buna görə də adətən heç bir qiymətləndirmə və ya kreditlə əlaqələndirilmir. Bəzi Avropa universitetlərində seminar, xüsusən də tanınmış bir mütəfəkkir tərəfindən təqdim olunarsa (auditoriyanın böyüklüyündən və tələbələrin müzakirədə iştirak etməsindən asılı olmayaraq) geniş mühazirə kursu ola bilər.
Azarol yemişan
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir. Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.
Beşdişicikli yemişan
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Beşyuvalı yemişan

Birdişicikli yemişan
Birdişicikli yemişan (lat. Crataegus monogyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin mərkəzi və cənub rayonlarında, Qafqazda, Orta Asiyada yabanı halda bitir. Bioloji xüsusiyyətlərinə görə iynəli yemişana bənzəyir, lakin nisbətən tez böyüməsi, çəhrayı rəngli çiçəkləri və s. xüsusiyyətləri ilə fərqlənir. Hündürlüyü 3-6 m-ə, əlverişli şəraitdə isə 8-12 m-ə çatan, simmetrik yumru çətirli, çoxillik budaqları qonur-boz rəngdə olan ağacdır. Yarpaqları yumurta və ya rombşəkilli, 3,5-sm, eni 2,5 sm-dir. Çiçəkləri 10-18 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır. Meyvələri yumru, uzunluğu 0,7-sm olan çəyirdəkmeyvədir, 6 yaşından meyvə verir. İstiyə, soyuğa və rütubətə davamlıdır.