Barabbas
Barabbas(arami. בר אבא, q.yun. Βαραββᾶς) — Bibliya personajı, qatil, kütlə Həzrəti İsanı deyil, onu seçmişdi.
== Həyatı ==
İsa Məsihi “ camaatı üsyana təşviq etmək “ üstə həbs edib cəzaya məhkum etmək istəyən Qüds valisi Ponti Pilat, yəhudilərin pasxa bayramı günü, adət - ənənəyə uyğun olaraq iki dustaqdan birini xilas etmək üçün xalqa müraciət edərək hansının azad edilməsini istədiklərini soruşur. Xalq isə iki dustaqdan birinin, İsa Məsihin çarmıxa çəkilməsini istəyir…
Digər ikinci şəxs isə Nobel mükafatlı İsveçli yazar Per Lagerkvistin bu məşhur romanına qəhrəman olaraq seçdiyi Varavva (orijinal adı Barabbas ) idi…
Oğru, quldur olan Barabbasa da həmən gün edam ediləcək dustaqlar arasında idi və yəhudi camaatın İsaya olan nifrəti məhz onun azad olunmasına yol açmışdı: “ Mən də onun kimi seçilmişlərdənəm! Nə olsun ki o Tanrının oğludur? Amma ölmək məqamında ölümə o getdi, azad olmaq üçün mən seçildim! “ .
Barabbasa hər kəsin Tanrı oğlu deyərək bəhs etdiyi, gələcəkdən xəbər verə bildiyi söylənilən, möcüzələr göstərən, hər kəsə yol göstərən Müəllim olduğu deyilən və ən əsası isə onun əvəzinə çarmıxa çəkilən insanın edamını öz gözləri ilə kənardan izləyir. Həmən Müəllimin şagirdlərindən eşitdiyi “ 3 gün sonra Müəllim diriləcək “ xəbərindən tamam heyrətlənərək bu hadisəni də öz gözləri ilə görməyə qərar verir və anlayır ki, bu heç də dirilmə deyil.