Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hafizulla Əmin
Hafizulla Əmin (1 avqust 1929, Paqman[d], Əfqanıstan krallığı[d] – 27 dekabr 1979) — ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir, prezident. == Həyatı == ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir vəzifələrinə yiyələnmiş Hafizullah Əminlə N. M. Təraki arasında ixtilaflar başlanır. Kabildə SSRİ-nin Əfqanıstandakı səfirinin vasitəçiliyi ilə H. Əmin və N. M. Təraki arasında barışıq üçün görüş keçirilir, lakin real hakimiyyəti öz əlində toplamış H. Əmin yaranmış şəraitdən məharətlə istifadə edərək sentyabrın 14-də N. M. Tərakini hakimiyyətdən salır, həmin gecə partiyanın iclasını keçirir və ƏXDP MK-nın baş katibi və İnqilab Şurasının sədri seçilir. Daha sonra N. M. Tərakini həbs etdirir və fiziki məhvinə nail olur. Bu dövrdə ölkədə zorakılıqlar və qanunsuzluqlar baş alıb gedirdi. Vəziyyətin çətinləşdiyini görən H. Əmin SSRİ-yə hərbi yardım üçün müraciət edir. Ümumiyyətlə, Əfqanıstan hökuməti 1979-cu ilin dekabr ayına kimi SSRİ-yə hərbi yardım üçün 20-yə qədər müraciət etmişdir. İlk belə müraciət haqqında fikirlərini H. Əmin hələ baş nazir olarkən N. M. Təraki ilə bölüşmüşdü və N. M. Təraki həbs olunmamışdan bir az əvvəl SSRİ rəhbəri L. İ. Brejnevdən hərbi yardım üçün kömək istəmişdi. H. Əmin hakimiyyəti ələ keçirdikdən sonra hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edir və buna görə də oradakı vəziyyəti öyrənmək üçün sentyabrın ortalarında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 17 zabiti Kabilə göndərilir. 1979-cu ilin qışında Əfqanıstanda cərəyan edən hadisələr SSRİ üçün qənaətbəxş hesab edilmirdi.
Həfizulla Əmin

Hafizul Əsrar