Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Hatay Dövləti
Hatay dövləti (Ərəbcə : لواء الإسكندرونة Lva 'Alaskandarune — İskəndərin Tugayı) hal-hazırda Türkiyə Respublikasına bağlı Hatay bölgəsində 7 sentyabr 1938 ilə 23 iyul 1939 tarixləri arasında qurulan dövlətdir. 23 iyul 1939 günü Türkiyə Respublikasına daxil olmuşdur. == Hatayın tarixi == Hatay tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş və strateji mövqeyinə görə həmişə maraq bölgəsi olmuşdur. Hetlərdən farslara, Romalılardan Bizanslılara qədər bir çox sivilizasiyalar bölgədə hökm sürmüşdür. 16-cı əsrdə Osmanlı İmperatorluğunun hakimiyyəti altına keçən Hatay 1918-ci ildə Mudros barışıq müqaviləsi ilə fransızlar tərəfindən işğal edildi. Türk xalqı Fransanın işğalı altında olan Hatayda müstəqillik mübarizəsini davam etdirdi. Bu mübarizəyə Hatay Türkçü Cəmiyyəti və Tayfur Sökmen kimi liderlər öncülük etmişlər. 1937-ci ildə Millətlər Cəmiyyətinin qərarı ilə Hatay xüsusi status aldı və Hatay Dövləti yaradıldı. 2 sentyabr 1938-ci ildə Hatay Millət Məclisinin qəbul etdiyi qərarla müstəqillik elan edildi. Dövlətin ilk prezidenti Tayfur Sökmen, baş naziri isə Əbdürrəhman Mələk olub.
Hatay ili
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Hatay Mustafa Kamal Universiteti
Hatay Mustafa Kamal Universiteti — 1992-ci ildə Türkiyənin Hatay şəhərində qurulmuş dövlət universiteti. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyır. Universitetin əsas şəhərciyi Antakyadan 15 km (9,3 mil) şimalda, Sərinyol rayonunda yerləşir. === Beynəlxalq əlaqələri === 2001-ci ildən etibarən Avropa Universitetlər Birliyinin üzvü Qafqaz Universitetlər Birliyinın üzvü.