Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emili Barringer
Emili Danninq Barrinqer (1876 – 8 aprel 1961) — dünyanın ilk təcili yardım cərrahı və cərrahi rezidenturaya yiyələnmiş ilk qadın. Emili Danninq Nyu-Yorkun Skarsdeyl şəhərində Edvin Ceyms Danninq və Frensis Qor Lanqın ailəsində anadan olub. Təqribən on yaşı olanda onun varlı Nyu-York ailəsi çətin günlərə düşdü və atası var-dövlətini bərpa etmək üçün anasını beş uşaqla qoyaraq Avropaya getdi. Anasının dostu qızına dəyirmançı ustanın yanında şagird olmağı təklif etsə də, anası buna qarşı çıxmış və təhsil alacağını bildirmişdir. Ailə dostları olan doktor Meri Korinna Putnam, onlara Kornell Universitetinin tibbi hazırlıq kursunu tövsiyə etdi və Kornellin qurucularından olan əmisi Henri Seyc, təhsil haqqını ödəməyə razı oldu. Digər ailə dostları da xərclərə kömək edirdi. Emili Danninq 1897-ci ildə məzun oldu və Nyu-York Klinikasının Tibb Kollecində oxumağa qərar verdi. Oradakı ikinci ilində kollec yeni Kornell Universiteti Tibb Məktəbi ilə birləşdi. O, 1901-ci ildə tibb dərəcəsini aldı və daha sonra Nyu-Yorkdakı Quvernyor Xəstəxanasında təcrübə keçmək üçün seçmə imtahanında ikinci ən yüksək balı qazandı. Lakin xəstəxana onun müraciətini rədd etdi.
Frans Babinger
Frans Babinger (alm. Franz Babinger‎; 15 yanvar 1891, Vayden, Bavariya — 23 iyun 1967, Durres, Albaniya) — Alman tarixçi, türkoloqu və şərqşünası. Hindşünaslıq və sami filologiyası üzrə doktor (1914), Berlin Universitetinin Şərq dilləri üzrə professoru (1921). Frans Babinger 15 yanvar 1891 Almaniyanın Veyden şəhərində doğuldu. Ali təhsilini Münhen Ludviq-Maximilan Universitetində oxudu və 1914-cü ildə Fəlsəfə fakültəsində təqdim etdiyi "Gottlieb Siegfried Bayer (1694-1738), Ein Beitrag zur Geschichte der Morgenländischen Studiən im 18 Jahrhundərt (Gottliəb Siegfriəd Bayer (1694-1738), XVIII əsrdə Şərqi araşdırmalarına bir qatqı) München 1915"; adlı dissertasжyla doktor oldu. Bir neçə ay sonra başlayan Birinci Dünya Müharibəsinə topçu ehtiyatda olan zabit kimi qatıldı. 1915-ci ildə Türkiyədəki Alman qərargahında vəzifələndirildi, İstanbula gəldi və bir müddət Çanaqqala savaşlarında oldu. Buradan savaşla əlaqəli olaraq göndərdiyi yazıları "Frankfurter Zeitung" qəzetində nəşr olundu. Özü Çanaqqalada miralay Mustafa Kamalla tanış olduğunu və rabitə xidməti zabiti olaraq vəzifələndirildiyini ifadə edirsə də, rütbəsi kiçik olan bir gəncin Mustafa Kamala nə qədər yaxınlaşmış olduğu bilinmir. Savaşın sonlarına doğru, Şamda yayımlanmaqda olan "Armée-Zeitung Jildirim" da bir neçə yazısı çıxdı.
Emili Barrinqer

Frans Babinqer