Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Havaşan
Havaşan (fars. هاواشان‎ ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir.