Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heliozoylar
Günəşkimilər yarımsinfi (lat. Heliozoa ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. == Haqqında == Günəşkimilər, əsasən şirin sularda yaşayırlar, xarici görünüşcə şüalılara çox oxşadırlar. Bədənləri kürə formasında olub, günəşin şüalarına bənzər yalançı ayaqlar əmələ gətirirlər. Şüalılardan fərqli olaraq, günəşkimilərdə mərkəzi kapsula olmur. Sitoplazma bir və ya bir neçə nüvədən ibarət olan dənəvər endoplazmaya malikdir. Ektoplazma şəffafdır, tərkibində bir və ya iki yığılan vakuol vardır.Günəşkimilərin yalançı ayaqları endoplazmadan başlanğıc götürür. Psevdopodaların mərkəzindən xaricdən duru sitoplazma ilə əhatə olunan, bir qədər qatı xətt keçirki, belə yalançı ayaqlar aksopodalar adlanır. Aksopodalar uzanıb – qısaldığı kimi , əyilədə bilir. Bunun hesabına günəşkimilər kiçik yosunlar, təkhüceyrələrdən başqa, daha iri şikara – rotatorilərə, kiçik xərçənglərə hücüm edə bilirlər.
Heliopol
Heliopol (q.misir 𓉺𓏌𓊖; qibt. ⲱⲛ; ivr. ‏Ἡλιούπολις‏‎) — qədim Misirin böyük şəhərlərindən biri. Aşağı Misirin 13-cü və ya Heliopolit nomunun paytaxtı və böyük dini mərkəz idi. Hazırda Qahirənin şimal-şərqində yerləşən Əyn-Şəmsdə yerləşir. Heliopol tarix öncəsi dövrdən bəri qədim Misirin ən qədim şəhərlərindən biri idi. Qədim və Orta Krallıqlar dövründə çox genişləndi, lakin bu günə qədər onun yalnız dağıntıları gəlib çıxıb, məbədləri və digər binaları orta əsr Qahirəsinin tikintisi üçün təmizləndi. Qədim şəhər haqqında mövcud məlumatın əksəriyyəti qorunub saxlanmış qeydlərdən gəlir. Heliopolun günümüzədək çatmış əsas qalığı XII sülalədən olan I Senusret tərəfindən ucaldılmış Ra-Atum Məbədinin obeliskidir. Hələ də orijinal mövqeyində, indi Qahirənin Əl-Matariya şəhərində Əl-Masalla daxilində dayanır.