Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anemometr
ANEMOMETR – küləyin və qaz axınlarının sürətini ölçən cihaz. Küləyin sürəti fırlanğıcın dövrlər sayı ilə (Fuss Anemometri), manometrik (Pito borusu) və termoelektrik üsulla ölçülür. Əl Anemometrindən, anemoqrafdan və anemorumbometrdən daha cox istifadə edilir. Anemoqraf küləyin sürətini fasiləsiz qeyd etmək, anerorumbometr isə küləyin istiqamətini təyin etmək üçundur. Anemometrin əsas növləri qanadlı, fincanlı və manometrik Anemometrdir. Qanadlı Anemometr ventilyasiya sisteminin boru və kanallarında havanın istiqamətlənmiş axın sürətini; fincanlı Anemometr küləyin orta (müəyyən zaman intervalında) sürətini; manometrik Anemometr küləyin ani sürətini təyin etmək üçündür. Külək sürətinin təhlükəli təsirini və ani şiddətinin davametmə müddətini müəyyənləşdirmək və bununla əlaqədar gözlənilən qəzaya qarşı uyğun qurğuları işə salmaq üçün siqnal qurğulu avtomatik Anemometrlərdən də istifadə edilir. Ölçmə xətası 0,05–0,1 m/saniyyədir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Termometr
İstilikölçən (termometr) — bir sıra müxtəlif prinsiplərdən istifadə edərək istiliyi və istilik qradiyenti ölçən cihaz. Meteorologiyada Celsius, Faranheit və ya Kelvin kimi dəyişik ölçəklər istilikölçənlərdə istifadə edilir. == Termometrin ixtirası == İlk termometri XVI(16-cı)əsrdə italyan alimi Qalileo Qaliley icad etmişdi. O, şüşə kürənin dəliyini dar şüşə boruya lehimləyib içinə yarısından aşağı su tökür. Borunu çevirərək açıq tərəfini içərisində su olan qaba tökür. Sonra su olan qab qızdırılır. Su qızdıqca borudakı suyun səviyyəsi dəyişir. Bu səviyyəyə əsasən maddənin isti və ya soyuq olmasını təyin etdi. == Termometrin quruluşu == Termometr şüşə boru, maye balonu və şkaladan ibarətdir. Maye balonunun içinə rəngli spirt, yaxud civə doldurulur.
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. == Həyatı == Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.