Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hesban (Xudafərin)
Hesban (fars. حسبان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Oğuz-Həzbani münaqişəsi
Oğuz-Həzbani münaqişəsi Rəvvadilər dövləti ərazisində yerləşdirilən, Boğa, Göy Daş, Mənsur və Dana rəhbərliyindəki oğuz türkləri ilə bölgədə yerləşən Həzbanilər arasında baş vermişdir. == Erkən dövr == Oğuzların Azərbaycana gəlişi Rəvvadi hökmdarı Vəhsudanın (1025–1058) dəvəti ilə olmuşdur. Vəhsudan, ərazidəki digər dövlətləri öz təsiri altına almaq üçün oğuzlarla ittifaq qurmuşdur. Ancaq qısa müddət sonra Vəhsudanla oğuzların ittifaqı dağıldı. Vəhsudanın onlara qarşı hazırladığı xəyanət planı ortaya çıxınca, oğuzlar dostluqlarını pozdular və Rəvvadi mülklərini talan etməyə başladılar. Oğuzlar narazılıqlarını büruzə vermək üçün Marağada bir məscidi də yandırdılar. Bundan başqa, oğuzlar Həzbaniyye oymağından və xalqından çoxlu insanı qılıncdan keçirdilər. Bu hadisənin əslində Vəhsudanın istəyi ilə meydana gəldiyi haqqında məlumatlar vardır. Zira, Vəhsudan ilə Həzbaniyye oymağı başçısı Əbul-Heyca ibn Rəbibüddövlə bir-birlərinə düşmən idilər. Ancaq Vəhsudan köhnə düşmənlərini zəiflətdikdən sonra oğuzların böyük bir siyasi və əsgəri güc kimi ortaya çıxmasından narazıydı.