Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Akrofobiya
Akrofobiya (Yunan sözləri olan ἄκρον-ákron “ zirvə, ucqar nöqtə” φόβος, phóbos “ qorxu” deməkdir) — yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda bu təbii qorxunu müəyyən dərəcədə hiss edirlər. Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamat düşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5 faizi akrofobiyadan əziyyət çəkir. Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “ başgicəllənmə” sözü istifadə olunur ( lakin səhv olaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdən baxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər, lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil. Başgicəllənmə halı hansısa hərəkət olduqda ( məsələn, ayağa qalxdıqda, oturduqda, gəzdikdə) və ya vizual perspektivdə dəyişiklik olduqda (məsələn, aşağı çömbəlmək, pilləkanla yuxarı qalxdıqda və ya aşağı düşdükdə, pəncərədən hərəkət edən avtomobil və ya qatara baxdıqda) baş verir. Adətən, digər fobiyalar kimi akrofobiya da yüksəklikdə baş verən hadisə və ya travma ilə bağlı yaranır. Lakin, hazırkı tədqiqatlar bu izaha şübhə ilə yanaşır.
Hidrofobiya
Hidrofobluq — kimyəvi xüsusiyyət. Akvafobiya — su qorxusu.
Homofobiya
Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksual və transgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər. "Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizm və seksizmlə bərabər qoyulur. "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada bir fobiya deyil. "Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir. Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi. İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith) 2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi. Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur.
Nekrofobiya
Nekrofobiya (yun. nekros - cəsəd fobos - qorxu) — cəsədi görməkdən və ya ölüm haqqında düşünməkdən yaranan obsesif və həddindən artıq qorxudur. Fobiyası olan insan həm başqa insanlara hücum edib öldürmək istəyinin olması, həm də haram hesab etdiyi cinsi instinktləri təmin etmək “cəzasını” çəkir. Xəstə hər zaman bu fobiyanı hiss edə bilər. Bir şey onun qorxusuna səbəb olduqda, ölmüş bir heyvana yaxınlıq hissi və ya sevilən birinin dəfn mərasimində olmaq hissi yaşaya bilər. Bu fobiya insan ölümün şahidi olduqda və ya uşaq ikən dəfn mərasimində iştirak etmək məcburiyyətində qaldıqda inkişaf edə bilər. Bundan əlavə, fobiyası olan insan meyiti görə bilmir və özünü itirir. Bu fobiya ümumiyyətlə insanlar tərəfindən nəzərə alınmır və bəzi insanlar hətta bu fobiyaya sahib olanlara nifrət edirlər. Axı onlar elə bilirlər ki, bir gün biz də onlardan olacağıq və biz öləndən sonra meyitlərimizdən qorxacaqlar və bu onlara bezdirici gəlir.
Serbofobiya
Serbofobiya (serb. Србофобија) — Serbiyaya, serblərə, serb dilinə və ya Serb Pravoslav Kilsəsinə qarşı nifrət və ya düşmənçilik hisslərini tərif etmək üçün istifadə edilən ümumi sosial-siyasi termin. Bu fenomen tarixən serb xalqının və sosial qrupunun təqib edilməsinə, təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Serbofobiya termini indiki dövrdə bütün xalqla əlaqəli olaraq serblərə tarixi nifrətin tərifi kimi qəbul edilir, serblərə bağlı hər şeyin, xüsusilə də serb dövlətçiliyinin rəddi və onlara nifrət hissi ifadə edir. Digər tərəfdən, Serb Respublikasının Bosniya və Herseqovina daxilində ayrıca bir muxtar serb bölgəsi olaraq rədd edilməsi də buna aiddir. Bu fikrin ən parlaq nümayəndəsi XIX–XX əsrlərdə mövcud olan Xorvatiya Hüquqlar Partiyası idi. Bu partiyanın ən ifrat elementləri İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya krallığında hakimiyyətə gələn və serblər, yəhudilər, qaraçılar və dissidentləri hədəf alan irqi qanunlar qəbul edən ustaşlar xorvat faşist təşkilatı olmuşdur. Bu, serblərin və Müstəqil Xorvatiya Dövlətində (1941–1945) yaşayan digər azlıq qruplarının üzvlərinin soyqırımı ilə nəticələnmişdir. Kosovo Serbofobiya 1877–1897-ci illər arasında baş verən Osmanlı–Serb və Osmanlı–Yunan müharibələri nəticəsində Kosovo vilayətində böyüyür. 1878-ci ildə baş tutan Vranye döyüşü ilə minlərlə alban əsilli Osmanlı qoşunu və albaniyalı mülkilər Osmanlının Kosovo vilayətinin şərq hissəsinə qaçmalı oldular.