Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hidratlar
Hidratlar — Bunlara təbii qaz molekulları, adətən, buz molekullarında tutulan metan qazı molekulları aid edilir. Hidratlar aşağı temperatur və yüksək təzyiq şərtləri altında boru kəmərlərində və qazın texnoloji emal edildiyi qurğularda əmələ gələ bilir. Hidratlar boru kəmərlərini tıxaclaya və hasilat əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilir.
Hidroxor
Hidroxor — su ilə yayılan bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hidralar dəstəsi
Hidralar dəstəsi (lat. Hydrida ) — Bağırsaqboşluqlular tipinə aid olan dəstə. == Görünüşü == Bu dəstənin quruluş xüsusiyyətlərini öyrənmək üçün şirin suda yaşayan hidraların quruluşu ilə tanış olaq . Hidralar uzunsov, kisəşəkilli bədənə malik sadə quruluşlu bağırsaqboşluqlulardır. Bədənin bir tərəfində ağız dəliyi yerləşir ki , bu oral qütb adlanır. Ağızın ətrafında yığılıb –açılmaq qabiliyyətinə malik olan qol çıxıntıları vardır. Bu çıxıntılar uzandıqda onların uzunluğu bədən ölçüsündən bir neçə dəfə artıq olur. Çıxıntıların sayı 5-dən 8-ə kimi, bəzi hidralarda isə daha çox olur. Ağız dəliyi qastral boşluğa açılır və bu boşluq qol çıxıntılarında davam edir. Hidraların bədəninin divarı ikiqat hüceyrələrdən — ektoderma və entoderma qatlarından ibarətdir.