Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hidroidlər
Hidroidlər (lat. Hydrozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 6 dəstəsi, 2500-dən çox növü məlumdur. Meduzların bəziləri insana güclü yanma xəsarəti yetirə bildiklərinə görə çox təhlükəlidirlər. == Təsnifatı == Leptolinae yarımsinfi Anthoathecata dəstəsi Leptothecata dəstəsi Sifonoforlar (Siphonophorae) dəstəsi Trachylinae yarımsinfi Actinulida dəstəsi Limnomeduzlar (Limnomedusae) dəstəsi Narkomeduzlar (Narcomedusae) dəstəsi Traximeduzlar (Trachymedusae) dəstəsi == Maraqlı məlumat == Alimlərin qənaətinə görə, meduzalar Yer kürəsinin yeganə ölməz varlıqlarıdır. Cəmi 4–5 mm diametrində olan nadir "Turritopsis nutricula" hidroidləri özlərini cavanlaşdırmaq iqtidarındadır. Bu hidroidlər tropik sularda aşkar olunub. Lakin ehtimallara görə, hidroidlərin bu növü digər regionlara da yayılır. Meduzalar adətən törədikdən sonra ölür, lakin "Turritopsis" meduzaları "yaşlı" mərhələsindən poliplərin "cavan" mərhələsinədək qayıda bilir. Hidraların "bioloji ölməzlik" nəzəriyyəsi XIX əsrdə irəli sürülüb.
Yüksək məhsuldar zebu hibridləri (film, 1983)
Zebu-hürgüclü qaramal dünyanın bir çox ölkəsində yayılmışdır. Respublikamızda təmiz cinsli Azərbaycan zebusu yetişdirilir. Zebu hibridləşdirilməsi üzrə elmi mərkəz olan S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ölkəmizdə yeganə zebuçuluq problem laboratoriyası var. Filmdə işlik və ətlik məqsədilə saxlanılan zebu, onun hibridləşdirilməsi, zebudan yeni ətlik cinslər yaradılması haqqında danışılır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Adil Ələkbərov Ssenari müəllifi: A.Nikolski, Faiq Dərgahov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.