Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiposentr
Hiposentr — Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yer. Hiposentr, adətən, bir nöqtədən ibarət olmayıb, bir xətt və ya bütöv bir sahə təşkil edir. Zəlzələnin dərinliyi müxtəlif ola bilər. Bunların divarlarında əmələ gəlmiş çatları ölçməklə bu dərinliyi qaba üsul ilə təyin etmək olur. Burada çatların Yer səthinə olan meylini təyin edir və çat müstəvilərindən perpendi kulyar qaldırırlar. Həmin perpendikulyarın bir-biri ilə kəsişdiyi nöqtə hiposentrin yerini müəyyən edir. Hiposentrin dərinliyini isə şaqul üzrə ölçməklə təyin edirlər. Zəlzələnin başlandığı yerin dərinliyini seysmoqrafların yazıları əsasında daha dəqiq hesablayırlar. Müşahidələrin göstərdiyi kimi, zəlzələ hiposentri adətən nisbətən az dərinlikdə, 50–100 km-dən artıq olmayan dərinlikdə yerləşir. Lakin son zamanlar bu dərinliyin 300–700 km-ə bərabər olduğu müəyyən edilmişdir.
Holosentr
Holosentr (lat. Holocentrus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinə aid heyvan cinsi.
Adi holosentr
Adi holosentr (lat. Holocentrus adscensionis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin holosentr cinsinə aid heyvan növü.
Sarı-qırmızı holosentr
Sarı-qırmızı holosentr (lat. Holocentrus rufus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin holosentr cinsinə aid heyvan növü.