Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirlənmə
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Lillənmə
Lillənmə — su hövzəsi yatağının və ya su axarı məcrasının qeyri-üzvi və üzvi hissəciklərlə dolmasıdır. Lillənmə su hövzələrinin, çayın dayazlaşmasına, hövzənin kiçilməsinə səbəb olur. Lillənmə ilə mübarizə aparmaq üçün torpaq qazıyan texnikadan, sahil zonada (suqoruyucu zona) meşə zolaqları salmaqdan istifadə olunur. == Mənbə == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Piylənmə
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Hissetmə (film, 2007)
Hissetmə (ing. Premonition) 2007-ci ildə rejissor Mennan Yapo tərəfindən çəkilmiş, ssenari müəllifinin də Bill Kelli olduğu qorxu, fövqəltəbii və dram janrlı filmdir. == Məzmun == Linda Henson və Cim Henson 2 qızları ilə birgə xoşbəxt həyat sürürlər. Bir gün Cimin iş ilə əlaqədər olaraq səyahətə çıxdığı gün onun qəzaya uğrayaraq öldüyünü öyrənir. Bundan çox bərk sarsılan Linda anasının dəstəyilə bununla barışır. Lakin səhər oyandığında Cimi səhər yeməyini yediyini görərək şoka düşür. Cim heç nə olmamış kimi ona nə olduğunu soruşur. O isə çaşmış bir halda hər şeyin yolunda olduğunu deyir. Bundan sonra hər oyandığında Cim ya sağdı yada ki, ölü. Qızının üzündəki ləkələr, içdiyi dərmanlar və tanımadığı halda tanıdığı kimi görünən insanlarla tamamən başını itirən Linda sonda hər şeyi kağıza qeyd edərək hansı gündə nə baş verdiyini aydınlaşdırmağa çalışır və hər şeyin başlandığı Ciminin öldüyü günə, hansıkı həmin xatırlamadığı günə gəlir.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi