1. Tüstülənmək, yaxşı yanmadığından his buraxmaq. Tonqal hislənir. Ocaq hislənirdi.
– Əhməd şüşəsi hislənmiş ( f.sif. ) lampanın fitilini aşağı çəkib, işığı öləzitdi.
2. His çəkmək, hisə bulanmaq, hisdən qaralmaq. Lampanın şüşəsi hislənmişdir.
– Babalarımızın bu köhnə “imarət”ə (qara dama) nədən “qara” adı verdiyini bilirsinizmi? İki şeydən: biri, üstünə tökülən qara torpaqdan, o biri, tüstüdən içərisi hislənib, qurum tutaraq qaralmağından.