Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polinom
Çoxhədli və ya polinom – sonlu sayda birhədlinin cəmi. Bu birhədlilərin ən böyüyünün dərəcəsinə çoxhədlinin dərəcəsi deyilir.Məsələn, z 2 y 4 x 7 + 6 x y 5 + 7 {\displaystyle z^{2}y^{4}x^{7}+6xy^{5}+7} çoxhədlisinin dərəcəsi 13-dür (2+4+7). Riyaziyyatda, çoxhədli və ya polinom, aralarında yalnız toplama, çıxma, vurma və qeyri-mənfi tam dərəcəyə yüksəltmə əməliyyatları olan dəyişənlər (və ya məchullar) və əmsallardan ibarət ifadədir. Vahid x {\displaystyle x} məchulu olan çoxhədliyə misal olaraq x 2 − 4 x + 7 {\displaystyle x^{2}-4x+7} ifadəsini göstərmək olar. x 3 + 2 x y z 2 − y z + 1 {\displaystyle x^{3}+2xyz^{2}-yz+1} ifadəsi isə, üç-dəyişənli çoxhədliyə misaldır. Çoxhədlilər, riyaziyyat və elmin digər sahələrinin geniş spektrə malik müxtəlif istiqamətlərində istifadə olunurlar. Məsələn, onlar, elmin ən sadə problemlərindən ən mürəkkəb problemlərinə qədər bir çox hadisəni izah edən polinomial tənliklərin həlli kimi meydana çıxır, kimya və fizikadan iqtisadiyyat və ictimai elmlərə kimi bir çox məsələlərinin izah edilməsində rol oynayan polinomial funksiyaların təyin edilməsində, digər funksiyaların approksimasiyası və təqribi olaraq hesablanmasında iştirak edirlər. Hədlərinin dərəcəsi eyni olan çoxhədli birсins çoxhədli və ya forma adlanır. Məsələn, x 2 y 7 + x 3 y 6 + 7 x 8 y {\displaystyle x^{2}y^{7}+x^{3}y^{6}+7x^{8}y} . Çoxhədlilərin toplanması, çıxılması və vurulması, uyğun olaraq kommutativlik, assosiativlik və distributivlik xassələrinə əsasən aparılır.
Holon
Holon - İsrailin mərkəz dairəsində yerləşən şəhər. 1936-cı ildə qurulmuşdur.
Piper colonum
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Hosono Masabumi
Hosono Masabumi (yaponcaː 細野 正文; 15 oktyabr 1870, Niiqata prefekturası – 14 mart 1939, Yaponiya) — "Titanik" gəmisi batarkən xilas olan və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada "ictimai qınaq", "təmizlənmək" mənasındadır) və ya murahaçibuya (村八分) məruz qalan yaponiyalı. == Haqqında == Hosono Masabumi 15 oktyabr 1870-ci il tarixində Yaponiyada anadan olub. Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə "Titanik" gəmisinə minir. Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir. Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.
Jiar nad Hronom
Jiar nad Hronom (slovak. Žiar nad Hronom, 1955-ci ilə kimi Svätý Kríž [nad Hronom], alm. Heiligenkreuz [an der Gran]‎, mac. Garamszentkereszt) — Slovakiyada şəhər. Qron çayının sahilində, Vtaçnik və Ştyavnitske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 20 min nəfərə yaxındır. == Əhali == 2001-ci ilə əsasən, şəhərdə 19.945 nəfər yaşayırdı. Etnik mənsubiyyətinə görə: 94,27 % Slovaklar 1,97 % Qaraçılar 0,95 % Çexlər 0,69 % Macarlar Dini mənsubiyyətinə görə: 62,07 % roma-katolikləri 25,54 % ateistlər 3,19 % yevangelistlər === Jiar nad Hronomun bələdiyyə başçıları === Marián Futák - iqtisadçı Jaroslav Cíger - baytar həkim Márius Hrmo - vəkil Ivan Černaj - fərdi sahibkar Peter Antal == Təhsil == Jiarda 4 ibtidai və bir neçə əsas məktəb fəaliyyət göstərir. === İbtidai məktəblərin siyahısı === I ibtidai məktəb II ibtidai məktəb IV ibtidai məktəb Štefan Moyses kilsə məktəbi === Orta məktəblərin siytahısı === Milan Rúfus adına gimnaziya, Ul.