Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Homeostaz
Homeostaz (q.yun. ὁμοιοστάσις; ὅμοιος "eyni, oxşar" + στάσις "dayanma; hərəkətsizlik") — özünü tənzimləmə, açıq sistemin dinamik tarazlığı saxlamağa yönəlmiş əlaqələndirilmiş reaksiyalar vasitəsilə daxili vəziyyətinin sabitliyini qorumaq qabiliyyəti. Sistemin özünü çoxaltmaq, itirilmiş tarazlığı bərpa etmək və xarici mühitin müqavimətini dəf etmək istəyi. Əhali homeostazı populyasiyanın müəyyən sayda fərdlərini uzun müddət saxlamaq qabiliyyətidir. Amerikalı fizioloq Uolter Kennon 1932-ci ildə yazdığı "Bədənin hikməti" ("The Wisdom of the Body") kitabında bu termini "bədənin əksər sabit vəziyyətlərini saxlayan koordinasiya edilmiş fizioloji proseslərin " adı kimi təklif etmişdir. Sonradan bu termin istənilən açıq sistemin daxili vəziyyətinin sabitliyini dinamik şəkildə saxlamaq qabiliyyətinə qədər genişləndirildi. Ancaq daxili mühitin sabitliyi ideyası hələ 1878-ci ildə fransız alimi Klod Bernard tərəfindən tərtib edilmişdir.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.