Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İçəri Müşlan
İçəri Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, ic Muşlan" deyilmışdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1 orta məktəb (Soltan Qardaşov adına), 1 kitabxana, 1 uşaq bağçası var. Kənd Oxçuçayın sahilində yerləşir. Məlikli, Tatar və Zəngilan kəndləri ilə həmsərhəddir.
İçəri bazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
İçəri Şəhər
İçərişəhər — xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
İçəri Şəhər (1964)
İçəri Şəhər (1978)
İçəri Şəhər (Vyana)
İçəri Şəhər — Vyananın 1-ci rayonu və tarixi şəhər mərkəzi. 1850-ci ildə Vyana rayonları təyin olunana qədər Vyana sözü bu bölgəni ifadə edirdi. Rayon ənənəvi olaraq dörd bölgəyə bölünür: Stubenviertel (Şimali Şərq), Kärntner Viertel (Cənub-Şərq), Widmerviertel (Cənub-Qərb), Schottenviertel (Şimal Qərb). Rayon, şəhərin ən əhəmiyyətli biznes mərkəzidir və 100,745 işçisi, korporativ mərkəz və turizm sahələri vardır. Ərazi 2001-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İçəri Şəhər (dəqiqləşdirmə)
İçəri Şəhər — Bakı şəhərinin tarixi mərkəzi. İçəri Şəhər — şərab növü. İçərişəhər metrostansiyası — Bakıda metrostansiya. İçərişəhər Cümə məscidi — İçərişəhərdə məscid Filmlər İçəri şəhər — 1964-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 1978-ci ildə çəkilmiş qısametrajlı film. İçəri şəhər-əbədi nağıl — 1984-cü ildə çəkilmiş sənədli film. İçəri şəhər — 2015-ci ildə çəkilmiş bədii film.
Cümə məscidi (İçəri Şəhər)
İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Came məscidi == === Tarixi === Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb: "709-cu ilin rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir." Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir. Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur. Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə təmir edilmişdir. Bakı Came məscidi 1899-cu ildə uçurulmuş və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir. === Haqqında === Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub.
İçəri Şəhər (film, 1964)
İçəri şəhər (film, 1978)
İçəri şəhər (film, 2016)
İçəri şəhər — rejissor İlqar Safatın filmi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. “İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 2016-cı il noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçirilib. "İçəri şəhər” bədii filmi Hindistanın 7-ci "Yaşvant” beynəlxalq film festivalında nümayiş etdirilib. Festival 2017-ci il yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçirilib. “İçəri şəhər” filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilib. “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb. 2017-ci il fevralın 10-dan 16-dək Kerala ştatının Kozhikode şəhərində keçirilmiş festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina istehsalı olan filmlər nümayiş etdirilib.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
Rejissor: Vasif Babayev
Cengiz Biçər
Cengiz Biçər (11 dekabr 1987) — türk əsilli Lixtenşteyn qapıçısıdır. == Futbol karyerası == === Klub komandası karyerası === Ailəsi immiqrant olan Cengiz Biçər, futbola İsveçrə liqalarında mübarizə aparan Lixtenşteyn komandası USV Eşen / Mauren-də başladı. 2007-2008 mövsümündə bu komanda ilə peşəkar bir müqavilə imzaladı. Mövsümün ikinci yarısında zaman-zaman oynamaq şansı qazandı. Mövsüm ərzində Alman komandası Sankt-Pauli FK tərəfindən sınansa da, yaxşı alınmadı. 2008-09 mövsümündən əvvəl. Samsunspor ilə üç illik müqavilə imzalandı. İlk mövsümdə zaman-zaman ilk 18-ə girsə də, Həsən Sönməzdən geri qaldı. Növbəti mövsümdə ilk dəfə 23 avqust 2009-cu ildə Kardemir Karabükspor ilə oynanılan matçda iştirak etdi. Ancaq qalasında 3 qol gördü və qarşılaşma 3-3 ilə bitdi.
İçiro Hosotani
İçiro Hosotani (d. 21 yanvar 1946) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
İçiro Mizuki
İçiro Mizuki (水木 一郎, Mizuki Ichirou) (Toşio Hayakava, 7 yanvar 1948, Setaqaya, Tokio, Yaponiya – 6 dekabr 2022, Tokio, Yaponiya) – Mizuki ilə tanınan, Yaponiya anison müğənnisi, bəstəkar və kino aktyoru. Mizuki uşaq vaxtlarında qardaşları ilə birlikdə JAM Project qrupunda mahnılar oxumuşdur.
İçiro Sakaki
İçiro Sakaki (榊 一郎, Sakaki Ichirō) — Yaponiya yazıçısı. Əsasən ranobe və manqa yazır.
Sent-İler (İzer)
Sent-İler (fr. Saint-Hilaire) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38395. Kommunanın 2012-ci il üçün əhalisi 1465 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 647 ilə 2 060 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
İçərdə (teleserial, 2016)
Cicer
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
İcarə
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. Eçarə (oyk.), (sadə.) - Cəlilabad rayonunun Kürdlər inzibati ərazi vahidində kənd. Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İncəsu
İncəsu (çay)
İçerde
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Icerya
Icerya (lat. Icerya) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin monophlebidae fəsiləsinə aid heyvan cinsi.
Kiseru
Kiseru— incə doğranmış tütün çəkmək üçün ənənəvi Yapon siqaret borusudur . Adətən qab və ağızlıq metaldır və içi boş taxta boru (bambuk) ilə bir-birinə bağlanır. Kasa kiçikdir, diametri təxminən 10–12 mm və dərinliyi təxminən 7–9 mm. Kiserunun uzunluğu 50 sm-ə çata bilər. Kiseru ilə təxminən 5 dəqiqə tütün çəkmək olur. Klassik Yapon kiseru tütünün yandırıldığı kiçik metal qabdan, içi boş borudan (ən çox bambukdan) hazırlanmış uzun "bədən" və ağızdan ibarətdir. Tütün kisəsi və kiserunun saxlanması həmçinin daşınması üçün çanta kiseru-nun Lazımi atributlarından biridir. Kiserunun çəkilmə üsulu adi tütünün çəkilmə üsulundan fərqlidir . Kiseru kiçik tütün parçaları ilə doldurulur, noxud böyüklüyündə bir top halına salınır. Hər porsiya 3–7 dəqiqə siqaret çəkmək üçün kifayətdir.
İncera
Injera — Efiopiyanın etnik, ənənəvi əsas qidası. Teff bitkisinin unundan hazırlanan yastı çörək növü.
İçən (Baymak)
İçən (başq. Иҫән, rus. Исяново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Niqəmət kənd şurasının tərkibindədir. Kənd Talkas gölünün sahilində yerləşir. kənd sovetliyinin mərkəzindən (Niqəmət): 14 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 75 km. Kəndi Baymak şəhəri ilə asfalt yol birləşdirir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (97%) üstünlük təşkil edir.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Gəru
Qyaru (yap. ギャル) — yapon dilindən ingilis dilinə "girl" sözünün transliterasiyası. Termin 1970-ci illərin "GALS" cins markasından irəli gəlir. Submədəniyyətin bir növü. Qyaruların müxtəlif növləri var: «oya o nakaserru» (親を泣かせる, «valideynlərini ağladan»), «daraku cöqakusey» (堕落女学生, «deqenerativ məktəblilər»).,kişi qyaruları "gəruo" adlandırırlar. Qyaru Yaponiyanın küçə dəbinin əhəmiyyətli hissəsinə dönüb..
LERU
Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir == Tarixi == LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb. == LERU statistikası == 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Peru
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. Peru dəyişik iqlim bölgələrinə malikdir. Sahil bölgələr– Ölkənin təxminən % 11i Dağlıq bölgələr – təxminən %15 Meşəlik və meşə ilə örtülü dağlıq ərazilər – təxminən % 64 Costa Humboldt Axıntısının təsiri altında olub, əkinçiliyin yalnız Andlardan gələn çaylar boyunca və çay vahələrində mümkün olduğu, geniş ölçüdə bir sahil çölüdür. Perunun cənubunda, Çili sərhədində dünyanın ən quraq səhrası olan Atakama səhrası başlayır. Limanın şimalında yağıntının miqdarı bir az artar ki beləliklə əkinçilik imkanı çay vahələrinin xaricində də mümkün olar. İstilik qışda 12 °C və yazda 35 °C olar. Limanın yanında sahildəki böyük şəhərlər (şimaldan cənuba) Tumbes, Sullana, Piura, Chiclayo, Trujillo, Chimbote, Huaral, Pisco, Ica, Naz tərəfindəndir. Ensiz sahil bölgəsinin ardında Sierra başlayır. Bura, uzun vadilərlə kəsilməyə uğrayan (isp.
Çeju
Çeju - Cənubi Koreyada Çejudo adası vilayətinin paytaxtı və ən böyük şəhəri. Şəhərə Çeju Beynəlxalq Hava Limanı (BHNA kodu CJU) xidmət edir. Koreya yarımadasının kənarında olan bir adada yerləşən Çeju, ilin çox hissəsində yumşaq, isti hava şəraitinə malikdir. Şəhər nüfuzlu mehmanxanaları və ictimai kazino obyektləri olan tanınmış bir kurortdur. 2011-ci ildə Seul və Çeju şəhərləri arasında 9,9 milyon sərnişin uçub, bu da Qimpo-Çeju marşrutunu dünyanın ən işlək sərnişin hava marşrutu edib. Çeju hər il materik Koreya, Yaponiya və Çindən on milyondan çox qonağa ev sahibliyi edir. Şəhərin ərazisi yazılı tarixdən əvvəl Çejudoda mərkəzi rol oynamışdır. Şəhər 1970-ci illərdən bəri çox sürətlə böyüdü. Şin Çeju (신제주) və ya "Yeni Çeju", bir neçə on il əvvəl, hava limanından yuxarıdakı təpədə qurulmuşdur və burada bir çox hökumət binaları tikilmişdir. 1970-ci illərə qədər şəhərdə yayılmış olan qamış damlı binalar tədricən yoxa çıxdı.
İder
İder — Monqolustan ərazisindən axan çay. Ölkənin şimal-qərbindən hissəsindən axır. Öz başlanğıcını Xanqay dağlarından götürür. Çayın uzunluğu 452 km-dir. Selenqa çayının əsas qollarından birini təşkil edir. Oktyabr-noyabr aylarından aprelin ortalarına qədər donur. Ən iri qolları — Çuluutın-Qol və Teqşiyn-Qol.
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.