ocığaz
oçerkçilik
OBASTAN VİKİ
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
İran haqqında oçerk (film, 1942)
Şuşa şəhəri və Şuşa qəzasının oçerki
Şuşa şəhəri və Şuşa qəzasının oçerki (rus. Очерк города Шуши и Шушинского уезда) — Topluda şəhərin yaranma tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarəti, məşhur Qarabağ atları haqqında ətraflı məlumatlar yer alıb. 1873-cü ildə K.Nikitin tərəfindən tərtib edilərək nəşr edilən “Şuşa şəhəri və Şuşa qəzasının oçerki” adlı əsər Şuşa şəhərinin tarixi ilə bağlı dəyərli mənbədir. Oçerk Gürcüstanın Milli Parlament Kitabxanası, həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında da saxlanılır. Oçerk Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu sübut edən mənbələrdən biri hesab edilir. Cəmi 30 səhifəlik kitabçada Şuşa şəhərinin yaranma tarixi, şəhərin coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb. Kitabça rum rəqəmi ilə qeyd olunmuş 2 hissədən və ayrı-ayrı başlıqlar formasında təqdim edilən bölmələrdən ibarətdir. İlk hissə “Tarixi oçerk” adlanır və orada Şuşanın tarixinə qısaca nəzər salınır. İkinci hissə əsasən Şuşanın coğrafiyası və iqtisadiyyatına həsr olunub. Bu hissədə Şuşa dağlarının mənşəyinə dair Frederik Dübua de Monperyönün fikirləri, onun forma və hündürlüyü, şəhərin ərazisi və onun ətrafı, iqlimi, şəhərin əhalisi, şəhər sakinlərinin məşğuliyyəti, su çatışmamazlığı kimi maraqlı məlumatlar verilir.

Значение слова в других словарях