Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtalyan İntibahı
İtalyan İntibahı və ya İtalyan renessansı (it. Rinascimento [rinaʃʃiˈmento]) Avropa İntibahın başlanğıcı olmuşdur — XIV əsrdə İtaliyada başlayan və XVI əsrə qədər davam edən böyük bir dəyişiklik və müvəffəqiyyət dövrü, orta əsrlərdən müasir Avropaya keçid. "İntibah, dirçəliş" (it. la rinascita) sözü ilk dəfə 1550-ci ildə İtalyan rəssam və tarixçi Corco Vazari tərəfindən "Ən məşhur rəssamların, heykəltəraşların və memarların tərcümeyi-halları" əsərində istifadə edilmişdir. XVI əsrin əvvəllərindəki İtalyan sənətçilərinin fəaliyyətini "Orta əsrlər və barbarlıq" dövründə illər boyu geriləmədən sonra "dirçəliş" adlandırdı. Terimin Fransız analoqu (renessans) ХІХ əsrin tarixçiləri tərəfindən əvvəl Jül Mişle, sonra Yakob Burkxardt tərəfindən istifadə edilmişdir. İntibah dövrü xalqın klassik antik mədəniyyətə marağına səbəb oldu. Renessans humanistlərindən əvvəlki dövr Qaranlıq Çağlar adlanırdı. İtalyan İntibahının ən məşhur nailiyyətləri sənət və memarlıq əsərləridir. Bu dövrdə sənət növlərinin ayrılması və əsərlərin janr quruluşunun formalaşması prosesi başlayır.
Azərbaycan intibahı
Azərbaycan intibahı və ya renessansı — Azərbaycan mədəniyyətinin müxtəlif dövrləri üçün istifadə edilən ifadə. Buna baxmayaraq, əsasən Azərbaycan milli oyanışı üçün istifadə edilir. == Tarixi-mədəni arxa plan == === Digər mədəniyyətlərin çiçəklənməsində iştirak === XIV əsrin sonlarından XVI əsrin əvvəllərinə qədər Mərkəzi Asiyada incəsənət və elmin dirçəlişi (Teymuri intibahı) baş vermiş, bu hərəkat bütün İslam dünyasına yayılmışdır. XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Teymuri şairi Əlişir Nəvainin çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. Roza Eyvazova XV əsr Azərbaycan şairləri Bəsiri, Kişvəri, Ziyayi, Hülqi, Allahı, daha sonra Şah Qulu bəy, Süsəni bəy, Pəri Peykər və digər başqa şairlərdə görülən çağatay təsirini, bu şairlərin Əlişir Nəvai və Hüseyn Bayqara liderliyindəki Herat ədəbi məktəbində yetişmələri ilə əlaqələndirir. XVI–XVII əsrlər Osmanlı Türkiyəsində elmi və mədəni çiçəklənmə dövrü idi. XVI əsrin əvvəllərində Səfəvilər imperiyasının qurulması və XVII əsrin əvvəllərində Şah I Abbasın qısamüddətli Osmanlı hakimiyyətindən sonra Şirvan və İran Azərbaycanını geri alması nəticəsində sünni fars, azərbaycanlı və kürd elm adamları Osmanlı imperiyasına köçmüşdür. Bu hadisə Osmanlı imperiyasında fəlsəfi elmlərə marağın artmasına gətirib çıxartmışdır. Səfəvilər imperiyasından qaçan bu alimlər özləri ilə Osmanlı imperiyasına məntiqi elmlər sahəsində yeni elmi əsərlər gətirdilər və bacarıqlı müəllimlər kimi şöhrət qazandılar.