Cunius Riçard Cayavardene
Cunius Riçard Cayavardene (ing. Junius Richard Jayewardene, синг. ජුනියස් රිචඩ් ජයවර්ධන) (17.9.1906, Kolombo – 1.11.1996, orada) – Şri-Lankanın dövlət və siyasi xadimi, Şri-Lankanın baş naziri ( 23 iyul 1977-ci il—4 fevral 1978-ci il), sonra isə Şri-Lanka prezidenti (4 fevral 1978-ci il—2 yanvar 1989-cu il).
== Bioqrafiyası ==
Zadəgan sinhqal ailəsindəndir. Seylonda kral və universitet kolleclərində təhsil almış, 1932–40-cı illərdə vəkil işləmişdir. Tezliklə hüquq sahəsindən uzaqlaşmış və siyasətlə məşğul olmağa başlamıdır. Cavanlıq illərində protestantlıqdan buddizmə keçmişdir. İkinci Dünya müharibəsi illərində Yaponiya ilə gizlin danışıqlarda iştirak etmiş və adada olacaq anti-britaniya üsyanını müzakirə etmişdir. 1943-cü ildə Seylon Milli Konqresi partiyasına üzv olmuşdur. 1946-cı ildən Birləşmiş Milli Partiyanın (BMP) liderlərindən biri idi.