Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neda Ukraden
Neda Ukraden (serb. Неда Украден 16 avqust 1950, İmotski[d], Xorvatiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Xorvatiyada anadan olan və Bosniyada böyüyən serbiyalı müğənni. == Bioqrafiyası == Neda Ukraden 16 avqust 1950-ci ildə Xorvatiyanın İmotski şəhəri yaxınlığındakı Qlavina kəndində anadan olmuşdur. O, serb əsili Duşa (1997-ci ildə vəfat etmişdir) və Angelianın ailəsində anadan olmuşdur. İki ilə qədər Viseqrad şəhərinə (Bosniya və Herseqovina) köçənə qədər, babası və nənəsi ilə birlikdə İmotski şəhərində yaşayırdı. İbtidai məktəbə burada gedir, sonra ailəsi ilə birlikdə 1992-ci ildə Bosniya müharibəsi başlayana qədər yaşadığı Sarayevoya köçür. Müharibənin başlaması ilə Neda Belqrada köçmək məcbuiriyyətində qalır. 1992-1996 illəri arasında Vyanada (Avstriya) bir mənzil kirayələyir. Müharibə zamanı ailəsinin İmotski qəsəbəsindəki evi dağıdılır. Sarayevo Universitetini bitirib.
Klod Kahen
Klod Kahen (fr. Claude Cahen; 26 fevral 1909[…], VI arondisman (Paris), Paris, İl de Frans, Fransa – 18 noyabr 1991[…]) — Fransız şərqşünası. == Həyatı == Klod Kahen 26 fevral 1909-cu ildə Parisdə doğulmuşdu. Yüksək təhsilinə École Normale Supérieuredə başladı; 1931-ci ildə École Nationale des Langues Orientalesin Türkcə-Ərəbcə bölümündən məzun oldu. 1932-ci ildə tarix müəllimliyi imtihanını qazanaraq Amiens, Rouen və Parisdə çalışdı və araşdırma fəaliyətləri ilə məşğul oldu. 1936–1937-ci illərni Türkiyədə keçirdi. 1940-cı ildə "La Syrie du Nord K lZpoque des Croisades" adlı dissertasiyası ilə doktor ünvanını aldı. II Dünya Savaşı müddətində beş il dustaq qaldı. 1945–1959-cu illərdə Strasburq Universitetində, daha sonra da kariyerini tamamladığı Sorbonne Universitetində (1959–1979) dosent vəzifəsində çalışdı. 1973-cü ildən etibarən Académie des Inscriptions et Belles-Lettresin üzvü və Société Asiatiquein başçısı olan Kahen, Légion dHonneur nişanı sahibi idi.