Üçtikanlı tikanbalığı
Üçtikanlı tikanbalığı— (lat. Gasterosteus aculeatus)-Tikanbalığıkimilər fəsiləsinin Qasterosteus cinsinin nümayəndəsidir.
== Yayılması ==
Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılmışdır. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb.
== Morfoloji əlamətləri ==
Çılpaq bədənli,xırda balıqlardır, uzunluğu 5-6, az hallarda 10 sm-ə çatır. Dəvəçi limanında tədqiq olunmuş üçiynəli tikanbalığının uzunluğu 4,5-6,1 sm, kütləsi 1,4-4,3 q olmuşdur.Bel üzgəcinin qarşısında 3 sərbəst tikan vardır.Qarın üzgəcləri də tikan şəklindədir.
== Yaşayış yeri və həyat tərzi ==
Yaşayış yeri Dəvəçi limanı,Orta və Cənubi Xəzərin şərq və qərb sahilləridir.Tikanbalıqları xırda xərçəngkimilər, həşarat sürfəsi, dibdə yaşayan orqanizmlər və başqa balıqların kürü və sürfələri ilə qidalanırlar. Müşahidə yolu ilə müəyyən edilmişdir ki, bir ədəd tikanbalığı 5 saat ərzində uzunluğu 6 mm olan 74 ədəd enlibaş balıq körpəsi yemişdir.Üçtikanlı tikanbalığı qısa ömürlüdür, 3-4 il yaşayır.
== Çoxalması ==
Bir yaşında cinsi yetişkənliyə çatır.