Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlanbalığı
İlanbalığı (lat. Petromyzon) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇lanbalığıkimilər dəstəsinin i̇lanbalıqları fəsiləsinə aid heyvan cinsi. == Skeleti == Skeleti xorda-dan və qığırdaqdan ibarətdir. O, ox skeletə, kəllə skeletinə və tək üzgəc skeletinə ayrılır. Ox skeleti xordadandır. Xordanı birləşdirici toxuma qatı əhatə etmişdir. Kəllə skeleti qığırdaqdan olub çox sadə quruluşdadır. Bu skelet natamam beyin qutusundan, ağız qıfı skeletindən və visseral skeletdən ibarətdir. Beyin qutusu beyni altdan və yanlardan əhatə edir, qutunun üstünü birləşdirici toxuma qatı örtür. Ağız qıfı skeleti ağız qıfını üstdən və yanlardan, dili isə altdan saxlayan bir neçə qığırdaqdan ibarətdir.
Xəzər ilanbalığı
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar. == Morfoloji əlamətləri == Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.
İlanbalığıkimilər
İlanbalığıkimilər (lat. Petromyzontiformes) — heyvanlar aləminin xordalılar tipinin hiperoartiyalar sinfinə aid heyvan dəstəsi.
Afrika uçanbalığı
Afrika uçanbalığı (lat. Pantodon buchholzi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aravanokimilər dəstəsinin pantodontidae fəsiləsinin pantodon cinsinə aid heyvan növü.
Cənub tikanbalığı
Cənub tikanbalığı (lat. Pungitius platygaster) — Tikanbalığıkimilər fəsiləsinə daxil olan balıq növü. == Yayılması == Qara dəniz, Xəzər dənizi, Aral dənizi sularında yayılmışdır. Dunay çayında Belqrada qədər ərazilərdə müşahidə edilir. Yunanıstanın Vardar, Alyakmon çaylarında qeydqə alınmışdır. Onlara həmcinin İssık-Kul gölündə, Sarısu, Tobol çaylarında müşahidə edilirlər. Azərbaycanda Cənubi Xəzər sahillərində, Kür çayının aşağı axarlarında, Quba-Xaçmaz massivindən axan çaylarda müşahidə edilirlər. == Təsviri == Bel üzgəcinin önündə 8–11 arası tikan olur. Qarın tikanı azacıq diş-dişdir. Şirin və şorsulu ərazilərdə yaşaya bilir.
Üçtikanlı tikanbalığı
Üçtikanlı tikanbalığı— (lat. Gasterosteus aculeatus)-Tikanbalığıkimilər fəsiləsinin Qasterosteus cinsinin nümayəndəsidir. == Yayılması == Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılmışdır. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb. == Morfoloji əlamətləri == Çılpaq bədənli,xırda balıqlardır, uzunluğu 5-6, az hallarda 10 sm-ə çatır. Dəvəçi limanında tədqiq olunmuş üçiynəli tikanbalığının uzunluğu 4,5-6,1 sm, kütləsi 1,4-4,3 q olmuşdur.Bel üzgəcinin qarşısında 3 sərbəst tikan vardır.Qarın üzgəcləri də tikan şəklindədir. == Yaşayış yeri və həyat tərzi == Yaşayış yeri Dəvəçi limanı,Orta və Cənubi Xəzərin şərq və qərb sahilləridir.Tikanbalıqları xırda xərçəngkimilər, həşarat sürfəsi, dibdə yaşayan orqanizmlər və başqa balıqların kürü və sürfələri ilə qidalanırlar. Müşahidə yolu ilə müəyyən edilmişdir ki, bir ədəd tikanbalığı 5 saat ərzində uzunluğu 6 mm olan 74 ədəd enlibaş balıq körpəsi yemişdir.Üçtikanlı tikanbalığı qısa ömürlüdür, 3-4 il yaşayır. == Çoxalması == Bir yaşında cinsi yetişkənliyə çatır.