Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Macarıstanın İllüstrasiyalı Xronikası
Macarıstanın İllüstrasiyalı Xronikası (lat. Chronicon Pictum, ing. Illuminated Chronicle, mac. Képes Krónika, digər adları Chronica Hungarorum, Chronicon (Macar dilində) Pictum, Chronica Picta və yaChronica de Gestis Hungarorum) — 14-cü əsrin ikinci yarısından başlayaraq Macarıstan krallığında orta əsrə aid edilən illüstrasiyalı xronika. I Böyük Lyudovikin sarayında kral saraylarının beynəlxalq bədii üslubunu təmsil edir. == Xronikanın tarixi == Xronika Mark Kalti tərəfindən 1358-ci ildən sonra yazılmışdır, sonuncu illüstrasiyalar 1370-1373-cü illər arasında tamamlanmışdır. I Böyük Lyudov qızı Katarina Çarlesin oğlu Lyudovik Orleans ilə ailə həyatı qurduqda ona hədiyyə etmişdir.Xronika daha sonra 1456-cı ildə Dorde Brankoviçə təqdim edilmişdir və bu zaman nüsxəsi çıxarılmışdır. Sonralar türklərin istilasından sonra yoxa çıxmışdır.Xronika 17-ci əsrin ilk yarısında Vyanada kral arxivlərinin arasında tapılmışdır. İllüstrasiyanın bura necə gəlib çıxması haqqında heç bir məlumat yoxdur. Vyanada tapıldığı üçün ona bəzən Vyananın İllüstrasiyalı Xronikası deyə də xitab edirlər.
İllustrasiya
İllüstrasiya (lat. illustratio) — təsviri incəsənət, işıqlandırma, əyani təsvir. kitab, jurnal, dissertasya və i.a. bu kimi olan nəşrlərdə mətnlə bağlı şəkillər; bir kitabın mətni ilə əlaqədar olan və bu mətnin izahına kömək edən şəkil; mətni müşayiət edən və onu tamamlayan təsvir (rəsm, qravür, fotoşəkil, reproduksiya, xəritə, sxem və s.); bədii və elmi əsərləri obrazlı şərh edən təsviri sənət sahəsi. Kitab, qəzet və jurnallarda verilən illüstrasiyalar mətnin obrazlı şərhinə yardım edən tərtibatın digər elementləri (frontispis, vinetka, kitabın başlıq və sonluq şəkilləri, başlanğıc hərflər) ilə tamamlanır mətni izah edən şəkil və ya başqa təsvir olub bədii əsərin emosianal atmosferinin ötürülməsi üçün istifadə olunur. İllüstrasiya rəssam tərəfindən yaradılan çizmə, eskiz(cızmaqara), rəngləmə, fotoqrafiya və yaxud da başqa növ şəkillərin qrafiki təsviridir. Mənşəyi latın dilindən gəlib illustratio, illustro kimi ifadə olunaraq maarifləndirmək, şüalandırmaq mənalarını kəsb edir.İllüstrasiyalara sənətkaranə təsvirlər məsələn: mətn, şeir, moda, jurnallar, markalar və həmçinin tez-tez uşaq kitabları üçün hazırlanan illüstrasiyalar da aid edilir. Hal-hazırda kitablarda, jurnallarda və posterlərdə istifadə edilmiş orjinal illüstrasiyaların toplanmasına maraq artır. Bir çox muzey sərgiləri, jurnallar, incəsənət qalereyaları öz nümayişlərində keçmiş dövrün illüstratorları üçün yerlər ayırır. Vizual sənətləri və illüstratorları bədii tənqidin dünyasında qiymətləndirirlər, ancaq kompüter oyunlarına və prikollara marağın artması nəticəsində, illüstrasiyalar vizual sənətin olduqca məşhur və gəlirli növünə çevrilib.
Lüstrasiya
Lüstrasiya (yun. lustratio paklanma) — işıqlanma, təmizlənmə, paklanma deməkdir.Söhbət müstəqillik qazanandan və ya münaqişədən sonra siyasi qrupların əvvəlki rejimdən necə qurtulmasından gedir. Hal-hazırda siyasətdə hökumət rəsmilərinin hansısa rejim dəyişikliyindən sonrakı (əsas: avropa dövlətlərində kommunizmin çöküşü) "təmizləmə" aktını ifadə edir.