Macarıstanın İllüstrasiyalı Xronikası
Macarıstan illüstrasiyalı salnaməsi (lat. Chronicon Pictum, ing. Illuminated Chronicle, mac. Képes Krónika, digər adları Chronica Hungarorum, Chronicon (Macar dilində) Pictum, Chronica Picta və yaChronica de Gestis Hungarorum) — 14-cü əsrin ikinci yarısından başlayaraq Macarıstan krallığında orta əsrə aid edilən illüstrasiyalı xronika. I Böyük Lyudovikin sarayında kral saraylarının beynəlxalq bədii üslubunu təmsil edir.
== Xronikanın tarixi ==
Xronika Mark Kalti tərəfindən 1358-ci ildən sonra yazılmışdır, sonuncu illüstrasiyalar 1370–1373-cü illər arasında tamamlanmışdır. I Böyük Lyudov qızı Katarina Çarlesin oğlu Lyudovik Orleans ilə ailə həyatı qurduqda ona hədiyyə etmişdir.
Xronika daha sonra 1456-cı ildə Dorde Brankoviçə təqdim edilmişdir və bu zaman nüsxəsi çıxarılmışdır. Sonralar türklərin istilasından sonra yoxa çıxmışdır.
Xronika 17-ci əsrin ilk yarısında Vyanada kral arxivlərinin arasında tapılmışdır.