Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Le Caucase Illustre
Le Caucase Illustre (fr. Le Caucase Illustré; gürc. ილუსტრირებული კავკასია) — 1889–1892 və 1899–1902-ci illərdə Tiflisdə fransız dilində çıxan aylıq jurnal. Jurnalın redaktoru Jül Muryer olmuşdur. İlk sayı 1889-cu ilin avqustunda nəşr olunan, zəngin illüstrasiyalarla zənginləşdirilmiş jurnalda Qafqaz xalqlarının həyat və tarixi, ədəbiyyatı və incəsənətindən bəhs edilmişdir. Jurnalda Sulxan-Saba Orbelianinin, İlya Çavçavadzenin, Yakob Qogebaşvilinin, Qabriel Sundukyanın və başqa müəlliflərin əsərlərinin fransız dilinə tərcümələri nəşr edilmişdir. Jurnalda Tiflis muzeyi, gürcü teatrı, gürcü teatr aktyorları, Qafqazda müqəddəs zərgərlik, Qafqaz növləri, geyimləri, mebeli, dekorativ sənəti və s. kimi bölmələr var idi. == Tarixi == Muryen 1889-cu ildə Qafqaz Senzura Komitəsinə yeni fransızdilli jurnalın nəşri üçün icazə məktubu göndərir. Senzura Komitəsi onun müraciətinə müsbət cavab verrir və beləliklə 1889-cu ilin avqustunda jurnalın ilk nömrəsi çıxır.