Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beynəlxalq Miqrantlar Günü
Beynəlxalq Miqrantlar Günü (ing. International Migrants Day) — 18 dekabr 1990-cı ildə Baş Assambleya Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiyanı qəbul etdi. Hər il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı BMT ilə əlaqəli Beynəlxalq Miqrasiya Agentliyi vasitəsilə təxminən 272 milyon miqrant, o cümlədən 41 milyondan çox məcburi köçkün və qarşılaşdıqları problemləri qeyd etmək üçün beynəlxalq miqrant günündən istifadə edir. Bu qlobal tədbir Beynəlxalq Miqrasiya Agentliyinin 500-ə yaxın ölkə nümayəndəliyi və bölmələri, beynəlxalq və milli tərəfdaşlarının təşkil etdiyi tədbirlərin dəstəyi ilə miqrasiya, sosial birlik, ləyaqət, istismar, miqrasiyanın müdafiəsi kimi mövzuların geniş spektrini nəzərdən keçirir, bu prinsip əsasında humanist və nizamlı miqrasiyanın miqrantlara və cəmiyyətə fayda gətirməsini nəzərdə tutur. == Günün səbəbləri == 1997-ci ildə Filipinlilər və digər Asiya miqrant təşkilatları dekabrın 18-ni miqrantlarla Beynəlxalq Həmrəylik Günü kimi qeyd etməyə və təbliğ etməyə başladılar. Bu tarix ona görə seçilib ki, BMT-nin Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiyası məhz 18 dekabr 1990-cı ildə qəbul edilib. Bu təşəbbüsə əsaslanaraq, 18 dekabr tarixində Miqrant Hüquqları Beynəlxalq Təşkilatı və Beynəlxalq Miqrant Hüquqları Konvensiyasının təsdiqinə dair Qlobal Kampaniyanın və bir çox digər təşkilatın dəstəyi ilə 1999-cu ilin sonlarında BMT-nin rəsmi bir Beynəlxalq Miqrantın təyin olunması üçün onlayn təşviqat başladı və bu kampaniya 4 dekabr 2000-ci ildə yekun olaraq elan edilib. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrantlar Günü elan etməsi miqrantların müdafiəsi ilə məşğul olanların hamısını birləşdirmək üçün vacib bir addımdır. BMT bütün BMT-yə üzv dövlətlərə, hökumətlərarası və qeyri-hökumət təşkilatlarına insan hüquqları və miqrantların əsas azadlıqları haqqında məlumatların yayılması, təcrübə mübadiləsi edərək miqrantların müdafiəsinin təmin edilməsi üzrə tədbirlərin görülməsi yolu ilə bu günü qeyd etməyi təklif edib. Miqrantların beynəlxalq günü milyonlarla miqrantların onları qəbul edən ölkələrin və onların mənşə ölkələrinin iqtisadiyyatına verdikləri töhfəni tanımaq imkanı kimi qiymətləndirilir.
Türkiyədə miqrantlar və cinayət
Türkiyədə qaçqınlar və cinayət — Suriya vətəndaş müharibəsi ilə başlayan miqrant böhranından sonra qaçqın olaraq Türkiyəyə daxil olan, çoxu suriyalı və əfqan olan 6–8 milyon insanın sosial cinayət nisbətlərinə və qaçqınların törətdikləri cinayətlər nəticəsində yaranan vətəndaş itaətsizliyi. Mütəxəssislərin mövqeyinə görə, Türkiyə xalqının miqrantların cinayət nisbətini, onlar arasında işsizlik səviyyəsi və onların ölkədəki sabitliyi pozmalarına dair narahatlıqları və bu narahatlıqlara görə atılan addımlar günü-gündən artır. Miqrant böhranı başladığı gündən ölkəni idarə edən Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti miqrant böhranı nəticəsində cinayət nisbətinin və işsizliyin artması kimi səbəblərlə gündən-günə populyarlığını itirir. Suriyalı miqrantların hüquqlarının müdafiəçisi Taha Elqazi bu nifrətin əsassız olduğunu və AKP hökuməti tərəfindən buraxılan səhvlərə görə məsuliyyətin sığınacaq axtaranlarda olmadığını və cinayət dərəcəsinə suriyalıların yüksək təsir göstərmədiyini bildirmişdir. Bir çox platformalar, o cümlədən miqrant hüquqlarının müdafiəçiləri və Elqazi kimi fəallar cinayət nisbətlərində xüsusi artım olmadığı barədə fikirləri bölüşürlər. Dövlət qurumları tərəfindən yayımlanan statistikaya görə, 2014-cü ildən 2022-ci ilə qədər qaçqınlar arasında cinayət nisbətinin 1,32% olduğu bildirilmişdir, lakin hökumətin miqrant siyasəti və rəsmi statistikanın səkkiz ildir dəyişdirilməməsi səbəbindən bu rəqəmlərin reallığı əks etdirməməsi irəli sürülmüşdür. "Sözcü"nün məlumatına görə, suriyalılar tərəfindən törədilən cinayət nisbəti 2016-cı ildə təkcə Kilisdə 30%-i təşkil etmişdir.