Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Modest Musorqski
Modest Petroviç Musorqski (rus. Модест Петрович Мусоргский; 9 (21) mart 1839, Karayevo[d], Toropets qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 16 (28) mart 1881[…], Sankt-Peterburq[…]) — rus bəstəkarı. Modest Petroviç Musorqski rus bəstəkarıdır. Və bir musiqiçi kimi də, vətəndaş kimi də milli mənsubiyyətini, doğma vətəninə sədaqətini öz fəaliyyəti, yaradıcılığı ilə dönə-dönə təsdiqləmiş bəstəkardır. Lakin yaradıcı bir şəxsiyyət, novator musiqiçi kimi Musorqskinin nailiyyətləri bu milli mədəniyyətin hüdudlarını çoxdan adlayaraq, aid olduğu zaman çərçivəsini də aşmış, ümumdünya mədəniyyətinin mənəvi sərvətləri sırasına daxil olmuşdur. Görkəmli bəstəkar G. Sviridovun təbirincə, "Lev Tolstoyun öz povesti barədə söylədiyini Musorqskiyə aid edərək deyə bilərik ki, onun əsərlərinin qəhrəmanı - həqiqətdir". Bu haqqı, ədaləti, çox zaman acı olan həqiqəti üzə çıxarmaqla dövrünün bir çox suallarına cavab tapmaq istəyən Musorqski öz axtarışlarında tək deyildi. 19-cu əsrin ikinci yarısında yaradıcılıq meydanına çıxaraq, rus mədəniyyətinə "altmışıncılar" kimi daxil olmuş bir çox mütərəqqi ziyalılar kimi, o da xalqı, vətəni qarşısında tarixi missiyasını yaxşı başa düşür və tarixinin faciəvi səhifələrini yaşayan millətinin dadına yetmək arzusuyla çarpışırdı. Qlinka ənənələrini yaşadan "Qüdrətli dəstə"nin digər üzvləri kimi, Musorqski də xəlqilik prinsipinə sədaqətini bütün yaradıcılığı ilə dönə-dönə təsdiqləyərək, böyük rus klassikinin davamçısı kimi çıxış edirdi. Lakin bunun həyata keçirilməsində öz həmfikirlərindən fərqli mövqedə qərar tutaraq, xəlqiliyi, dəstəçi məsləkdaşlarının yönəlmədiyi başqa bir səmtdə arayır, öz yolu ilə gerçəkləşdirməyə çalışırdı.