Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrənçi (Nir)
İrənçi (fars. ايرنجي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 373 nəfər yaşayır (81 ailə).
Zərənci (Qoşaçay)
Zərənci (fars. زارنجي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (112 ailə).
Aydın İmrani
Aydın İmrani "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, inzibatçı və film direktoru. == Həyatı == Aydın İmrani 1979-cu ildən inzibatçı və film direktoru olaraq Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışmışdır. 80-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərmişdir. Hazırda Minsk şəhərində yaşayır.
Rafiq İmrani
İbrahimov Rafiq Hüseyn oğlu (Rafiq İmrani; 23 yanvar 1951, Bakı) — sənətşünas, publisist, tarixçi, sənətşünaslıq doktoru (1998), professor (1995). Rafiq İmrani 1951-ci il yanvanrın 23-də Bakı şəhərində anadan olub. Burada 20 saylı şəhər orta məktəbində təhsil alıb. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (1968-1972) qızıl medalla, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (1972-1977) fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə musiqi məktəbində müəllim kimi başlayıb. 1977-ci ildən A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda, 1979-cu ildən isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında dərs deyib. 1981-ci ildən elmi fəaliyyətlə məşğuldur. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub (1981-1988). 1988-ci ildə Moskvada P.Çaykovski adına Dövlət Konservatoriyasında bəstəkar Fikrət Əmirovun elmi rəhbərliyi ilə "Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bakı Musiqi Akademiyasında müəllim, dosent (1990), professor (1995) vəzifələrində işləyib.
Zaur İmrani
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
İmranlı
İmranlı (türk. İmranlı) — Sivas ilinin ilçəsi.
İmenti-xenti
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
İmren Aykut
İmren Aykut (türk. İmren Aykut; 1940, Kozan, Adana ili) — Türkiyə iqtisadçısı və dövlət xadimi. 1940-cı ildə Türkiyənin Adana ili Kozan şəhərində anadan olmuşdur. Atatürk adına ibtidai məktəbi, sonra Adanadakı qızlar liseyini bitirir. 1964-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. Sonra İngiltərədəki Oxford Universitetində oxuyur. İşçi-işəgötürən münasibətləri, əmək münasibətləri və həmkarlar ittifaqları üzrə təhsil alır. Bundan sonra Norveçdəki Oslo Universitetində "müəssisə rəhbərliyində işçilərin iştirakı" proqramı üzrə təhsil alır. Daha sonra İttifaqlar Konfederasiyasında və İngiltərədəki Əmək Nazirliyində müxtəlif araşdırmalarla məşğul olur. Doktor dərəcəsini "İşçilər üçün valyuta məzənnələri (Türkiyə xaricində) və bunların Türk iqtisadiyyatı baxımından təhlili" adlı işinə görə almışdır.
İmeni Aleksandra Kosmodemyanskoqo
İmeni Aleksandra Kosmodemyanskoqo (rus. и́мени Алекса́ндра Космодемья́нского) — Rusiyanın Kalininqrad vilayətinin Kalininqrad şəhərinin Mərkəzi İnzibati Rayonunda mikrorayon. Əvvəllər alman dilində Metqethen adı ilə əvvəlcə şəhər mərkəzindən qərbdə yerləşən Köniqsberqin qəsəbəsi, sonra isə şəhərin əsas hissəsi idi. Vistula Laqonun (Kalin ipinqrad körfəzi) şimalında,"Kaporner Heath"da yerləşən Metqethen kəndi ilk dəfə 1278-ci ildə Tevtonik ordeni salnamələrində Myntigeite olaraq adı çəkilir. Bu zaman Landmeister Konrad von Terberq əkin sahəsinin bir hissəsini Regune adlı prusslara verdi. "Metgethen" sonuncu ad olaraq öz qızını On üç illik müharibənin komandiri və Erhard Ernst von Röderin əcdadı Kristof fon Röderlə evləndirənə qədər,yəni 1482-ci ilə qədər idi. Onun malikanəsi 1760-cı ildə bir İtalyan memar tərəfindən inşa edilmişdir. Metqethen bir villa ətrafında böyüməyə başladı. Günlük səfərlər üçün məşhur bir yer idi, xüsusən də Vierbrüderkrug mehmanxanası və 13-cü əsrdə Sudovilər tərəfindən öldürülmüş Tevtonik Cəngavərlərin dörd ögey qardaşının əfsanəsinin şərəfinə Vierbrüdersäule abidəsi. Ətraf ərazidə Şərqi Prussiya qadınları üçün məktəb olan Landfrauenschule Metgethen, həmçinin yanğınsöndürmə akademiyası və bədən tərbiyəsi müəllimləri yetişdirmək üçün bir Volkssportschule vardı.