Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Action/RPG
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Fatal Nation
Fatal Nation qrupunun rəsmi olaraq yaranma tarixini 3 iyun 1999-cu il hesab etmək olar. O zamanlar qrupun hal-hazırkı zərbçisi Ramin Sadıqov və gitaraçı Elxan Alşin uzun müddət başqa kollektivlərdə çıxışlarından sonra güclərini birləşdirmək, bu zamana kimi bakılı qrupların heç birinin ifa etmədikləri bir tərzdə çıxış etmək qərarına gəldilər. Baxmayaraq ki, Elxan və Ramin 1996-cı ildən tanış idilər, onlar fərqli qruplarda çıxış edirdilər. 1997-ci ildə Elxan tərəfindən Pantera, Sepultura və Тool tərzlərində çıxış edən (trash, death və psixodeliyanın qarışığndan yaradılmış cəhənnəm musiqisi), ancaq daimi bass-gitaraçısı və vokalçısı olmayan bir qrup yaradıldı. Həmin zamanlarda qrupun zəbçisi sonradan Unformal qrupunda çıxış edən Yevgeni Manuxin idi, Ramin isə o zamanlar Heavengate-də trash-metal proyekti ilə paralel olaraq, Trap qrupunda Aleksandr Qonçarov ilə birlikdə heavy-metal proyektində iştirak edirdi, bundan əlavə də Elxana qrupda (artıq Fatal Nation adlanırdı) köməklik göstərirdi. Bir müddət sonra Fatal Nation-la Yevgeni Manuxin, digər tərəfdən də Elxanla Natiq Məmmədov (sonradan Fatal Nation-un daimi bass-gitaraçısı) arasında yaradıcı mübahisə baş verdi və artıq A.Qonçarovla (Trap) və Heavengate qrupundan ayrılmış Ramin Sadıqov Fatal Nation ilə daha ağır, aqressiv və çətin musiqi yaratması barəsində Elxanın onunla birlikdə işləmək təklifini qəbul edir. Artıq 1999-cu ilin payızında həmin dövr üçün yekun sayılan heyət formalaşır – Alşin Elxan (gitara), Məmmədov Natiq (bass-gitara), Sadıqov Ramin (zərb) və əvvəllər qrupa ingilis dilində tekstlərin yazılmasında yardımçı olan və eyni zamanda Amalgama qrupunda çıxış edən vokalçı Toğrul Manafov. Bu heyətlə 2000-ci ilin qışında qrup özünün ilk ilində ANS Records-da ilk əməklərinin bəhrəsini yazmağa yönəlirlər. "The Nail – Symbol of a New Revolution" adlı albom hazırlanır, hansı ki, ölkədə rok musiqisinin ağır vəziyyətinə görə sonradan heç işıq üzü belə görə bilmir. 2001-ci ildə qrupu Toğrul Manafov (vokal) tərk edir, ancaq bu qrupda ruh düşkünlüyü yaratmır, yeni metal zirvələrini fəth etmək arzusuna olan qrupa yeni vokalçı Timur və sonradan ikinci gitaraçı Aleksandr Kastryulni (sonradan Tula qrupları olan I'N'F və Shatter-də çıxış edən) ilə yoluna davam edən Fatal Nation "The Banner of Madness" və "Analysis" kompazisiyalarının demo versiyasını yazaraq Moskvaya – Sergey Troiçkinin (Korroziya Metala) rəhbərlik etdiyi Ağır Rok Korperasiyasına (ARK) göndərirlər və ARK-ın təklifi ilə 2001-ci ilin aprelində Moskvaya gələn qrup bir müddət sonra yenə də maliyyə problemləri səbəbindən Bakıya qayıtmalı olur.
Man of Action
Man of Action Entertaintment - fəaliyyəti televiziya, komiks, animasiyalar və filmlərdən ibarət və müxtəlif media markalarında Amerikan spefikasiya yazıçı kollektividir. Studiya animasiyaları, ekşn şouları, superqəhrəman dramları, komiks kitabları, Ben 10, Qəhrəmanlar şəhəri, Generator Reks, və Qormiti Təbiət Sərbəstdir kimi layihələri ilə məşhurdur. Man of Action Entertaintment 2000-ci ildə quruldu. Şirkət şəxsidir və Komiks kitab yazıçıları, aktyor olan Coy Kasey, Coy Kelli, Dunkan Ruliu və Stivin T. Siql tərəfindən qurulmuşdur.
Man of Action Entertaintment
Man of Action Entertaintment - fəaliyyəti televiziya, komiks, animasiyalar və filmlərdən ibarət və müxtəlif media markalarında Amerikan spefikasiya yazıçı kollektividir. Studiya animasiyaları, ekşn şouları, superqəhrəman dramları, komiks kitabları, Ben 10, Qəhrəmanlar şəhəri, Generator Reks, və Qormiti Təbiət Sərbəstdir kimi layihələri ilə məşhurdur. Man of Action Entertaintment 2000-ci ildə quruldu. Şirkət şəxsidir və Komiks kitab yazıçıları, aktyor olan Coy Kasey, Coy Kelli, Dunkan Ruliu və Stivin T. Siql tərəfindən qurulmuşdur.
Total Nonstop Action Wrestling
Total Nonstop Action Wrestling (TNA),amerikan peşəkar güləş federasiyasıdır.Jeff Jarrett və atası Jerry Jarrett tərəfindən 2002 Mayında təsis edilmişdir.TNA əvvəl NWA'nın üzvü idi və bu səbəbdən adı NWA-TNA idi.Amma TNA,2007 Mayında NWA'dan ayrıldı.WWE'nin tək rəqibi sayılır.Hər həftə 1300 nəfərlik studiyada TNA Impact adı ilə,Destination America kanalında şou təqdim edir.
Qeyri-mümkün missiya - Rogue Nation
== Haqqında == Qeyri-mümkün missiya - Rogue Nation - McQuarrie və Drew Pearce'in hekayəsindən Christopher McQuarrie tərəfindən yazılan və rejissorluq edilən 2015-ci il Amerika döyüş casus filmidir. Bu, Qeyri-mümkün missiya – Ghost Protocol (2011) filminin davamı və Qeyri-mümkün missiya film seriyasının beşinci hissəsidir. Baş rolda Tom Kruz, Ceremi Renner, Saymon Peqq, Vinq Rayms, Rebekka Ferqyuson, Şon Harris və Alek Bolduin çəkilib. Mümkün olmayan Missiyalar Qüvvələrinin agenti Ethan Hunt (Kruz) və onun komandası, dağıldıqdan və Hantın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təqib edilməsindən sonra gizli şəkildə dünyanın hər yerindən fırıldaqçı hökumət agentlərindən ibarət beynəlxalq qara əməliyyat terror qruplaşması olan The Syndicate ilə mübarizə aparmalı olurlar. Qeyri-mümkün missiya – Ghost Protocol filminin təkrar yazılarını tamamlayan McQuarrie 2013-cü ilin avqustunda Qeyri-mümkün missiya – Rogue Nation filminin direktoru elan edildi. Kruz, Renner, Pegg və Rhames filmlərinin qayıdışları 2014-cü ilin iyulunda təsdiqləndi, eyni zamanda ekran işi də çəkildi. Ferguson, Harris və Baldwin həmin ilin oktyabrında aktyor heyətini tamamladılar. Əsas çəkilişlər 2014-cü ilin avqustundan 2015-ci ilin martına qədər Vyana, Kasablanka, London və Hertfordşirdəki Leavesden Studios da daxil olmaqla yerlərdə aparılmışdır. Filmin rəsmi adı 2015-ci ilin martında açıqlanıb. Əvvəlcə 25 dekabr 2015-ci ildə dünya miqyasında nümayişi planlaşdırılan filmin premyerası 23 iyul 2015-ci ildə Vyana Dövlət Operasında (çəkiliş yerlərindən biri) oldu və bir həftə sonra Paramount Pictures tərəfindən ABŞ-da teatral nümayiş olundu.