Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnaqurasiya
İnaqurasiya (lat. inauguro — "həsr edirəm") — andiçmə mərasimi. Bu mərasimin əsası, hökmdarların tac qoyma mərasimlərindən götürülmüşdür. ABŞ Konstitusiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, yeni seçilmiş hər bir prezident aşağıdakı mətnə uyğun olaraq and içməlidir: "Mən təntənəli surətdə and içirəm (və ya söz verirəm), Birləşmiş Ştatların prezidentlik vəzifəsini vicdanla yerinə yetirəcəyəm və var gücümlə, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyərək, müdafiə edəcəyəm ". Demokratik yolla seçilmiş ilk prezident Əbülfəz Elçibəyin inaqurasiya mərasimi 17 iyun 1992-ci ildə keçirilmişdir. president.az. "İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışı". 19.10.2013.
Ceyms Medisonun birinci inaqurasiyası
Ceyms Medisonun birinci inaqurasiyası — ABŞ-nin dördüncü prezidentinin şənbə günü, 4 mart 1809-cu ildə Vaşinqton şəhərində Kapitolidə Nümayəndələr Palatasının zalında keçirilmiş inaqurasiya mərasimi. İnaqurasiya mərasimi Ceyms Medisonun prezident vəzifəsinin ilk dörd illik müddətinin və Corc Klintonun ikinci dəfə vitse-prezident vəzifəsinə gəlməyinin qeyd edilməsi ilə yadda qalmışdır. Prezidentin andiçmə mərasimi ABŞ Ali Məhkəməsinin Sədri Con Marşallın iştirakı ilə baş tutmuşdur. Prezident 100% ABŞ istehsalı yun kostyum geymişdi. İlk rəsmi inaqurasiya balı məhz bu mərasim zamanı Lonqz Otelində keçirilib. Balın bilet qiymətləri 4 dollar (indiki məzənnə ilə 65 dollar) təşkil edirdi. Klinton vəzifəyə gəldikdən 3 il 47 gün sonra vəfat edir və onun postu boş qalır. 1967-ci ildə ABŞ Konstitusiyasına iyirmi beşinci düzəliş ratifikasiya edilənədək vitse-prezidentin boş qalan səlahiyyət müddətinin yeni vitse-prezident tərəfindən icra edilməsi ilə bağlı konstitusion müddəa mövcud deyildi. == Mərasim == Medison martın 4-də Vaşinqton və Corctaun süvari dəstələrinin onu müşayiət etməsi ilə at belində Kapitoliyə gedir. Cefferson hökumətinin üzvləri ilə Nümayəndələr Palatasının zalına daxil olur.