Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İndikator
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
Elektron indikator
Elektron indikator — siqnalları əyani əks etdirən cihaz. Daxil olan siqnalın mövcudluğu və/və ya xəta qeyd etmədən onun həcmini göstərə bilir. Məlumatların indikator tərəfindən əks edilməsi uzunmüddətli fiksasiya olmadan həyata keçirilir. İndikatorun siqnalı proses və obyektin vəziyyətini təsvir edir. Elektron indikatorlar insanlara gərginlik, cərəyan, istilik, batareya doldurma və s. kimi müxtəlif parametrlərin səviyyəsi və ya mənası barədə məlumat vermək üçün müxtəlif ev və sənaye avadanlıqlarında quraşdırılır. == Təyinatı == Elektron indikator insana lazımi parametrləri, xüsusən də bir insanın hisslərinin köməyi ilə birbaşa təyin edə bilmədiyi parametrləri tez və aydın qiymətləndirməyə kömək edir. Bu cür qiymətləndirmənin yüksək dəqiqliyi tələb olunursa, çoxrəqəmli rəqəmsal indikatorlar quraşdırılır; dəqiqliyin tələb olunmadığı və yalnız bir siqnalın olub-olmadığını görmək zəruriyyətində tək-tək indikatorlar istifadə olunur. Hər-hansısa cihazın indikatorlara aid edilməsi onların tətbiqi ilə müəyyən edilir. Belə ki, məsələn işıqlandırma üçün istehsal edilmiş adi közərmə lampası xəbərdarlıq sistemləri və ya idarəetmə və nəzarət pultlarında istifadə edildikdə elektron indikator hesab edilə bilər.
Mexaniki reduktor
Mexaniki reduktor — fırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin köməyi ilə ötürən və çevirən mexanizmdir. Mexaniki ötümənin əsas xarakteriskaları faydalı iş əmsalı, ötürmə ədədi, ötürülən güc, valların maksimal bucaq sürəti, aparan və aparılan valların sayı, növü və ötürmə pillərinin sayıdır. Adətən giriş valının böyük bucaq sürətini çıxış valının aşağı sürətinə çevirən və bununla fırlanma momentini artıran qurğulara reduktor deyilir. Belə reduktorlar demultiplikator adlanır. Əksinə işləyən reduktorlar isə multiplikatorlardır. Pilləli ötürmə ədədinə malik reduktorlar sürətlər qutusu kimi tanınır. Pilləsiz ötürmələrlə işləyənlər isə variatorlardır. Hər şeydən öncə onlar mexaniki ötürmənin növlərinə görə təsnifatlaşdırılırlar: silindirk, konik, sonsuzvint, planetar, dalğavari, spiroid və kombinəedilmiş. Reduktorlar həmçinin gövdə, soyuma sistemi, istifadə olunan yastıqların növü, fırlanma sürəti, ötürmə ədədi, ötürülən gücə görə də fərqləndirilirlər. Seriyalı istehsalda standartlaşdırılmış tökmə gövdələrdən istifadə edilir.
İndikator (dəqiqləşdirmə)
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
İndikator (ekologiya)
İndikator (lat. indicator – göstərici) – Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar. İndikator bitkilər müəyyən ekoloji şəraitlə sıx bağlı olub onların mövcudluğu şəraitə keyfiyyətcə qiymət verən göstərici sayılır. İndikator bitkilər ayrı-ayrı növlərlə və ya fitosenozlarla yayıla bilər. Fitosenoz halında olduqda indikatorlar xüsusiyyətini daha dəqiq oynayır. İndikasiya obyekti torpaq ola bilər, o, bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana süxurları, ağır metallar və digər kimyəvi elementlər də indikasiya obyekti ola bilər. İndikator bitkilər ətraf mühitin vəziyyətinə və onun çirklənmə dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndikator bitkilərdən faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indikator bitkilərin və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab olunur.
İndikator (kimya)
İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein). Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir. Əsasən 5 növdür: Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir. Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin). Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirənmaddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir.
İnduktiv sarğaclar
Sarğac — bir dielektrik makara (mandren və ya karkas) üzərində müəyyən sayda sarılmış makara (sarğı) qrupudur. İstismar yerinə görə, içərisi boş qalarsa havalı induktiv sarğac, dəmir bir nüvə keçirilərsə nüvəli induktiv sarğac deyilir. Şəkildə induktivlik simvolları verilmişdir. hava nüvəli sarğac; iki qat hava nüvəli sarğac; hava nüvəli tənzimlənən sarğac (yüksək gücə malik); hava nüvəli tənzimlənən sarğac (az gücə malik); ferrit(dəmir) nüvəli sarğac; ikiqat dəmir nüvəli sarğac; dəmir nüvəli tənzimlənən sarğac(böyük güclü); dəmir nüvəli tənzimlənən sarğac(az gücə malik). Məlum olduğu kimi, bir keçiricidən cərəyan keçirildikdə, keçirici ətrafında bir maqnit sahəsi yaranır. Bu sahə kağız üzərində dairələr şəklindəki qüvvə xətləri ilə əks edilir. Bir sarğacda AC cərəyan keçirildikdə, Şəkidə göründüyü kimi, sarğac sarğılarını əhatə edən bir maqnit sahə yaranır. Cərəyan artıb-azalmasına və istiqamət dəyişməsinə bağlı olaraq sarğacdan keçən qüvvə xətləri çoxalıb azalaraq istiqamətini dəyişdirir. Sarğaca bir DC gərginlik tətbiq olunarsa, maqnit sahə meydana gəlməyib sarğac dövrədə bir müqavimət xüsusiyyətini göstərər. İnduktivliyi L (hn) olan dövrədə cərəyan çox az müddətdə t (san) ərzində kiçik İ qədər dəyişərsə, belə dövrədə öz-özünə induksiyalanma е.h.q-si yaranacaqdır: E=-L(Δİ/Δt) Bu düsturdakı mənfi işarəsi onu göstərir ki, öz-özünə-induksiya е.h.q-si cərəyanın dəyişilməsinə əks təsir edir.
İnduktiv seysmiklik
İnduktiv seysmiklik — adətən Yer qabığındakı gərginlikləri və gərginlikləri dəyişdirən insan fəaliyyəti nəticəsində yaranan zəlzələlər və təkanlardır. İnduksiya edilmiş seysmiklik adətən yer qabığındakı gərginlikləri və gərginlikləri dəyişdirən insan fəaliyyəti nəticəsində yaranan zəlzələlər və təkanlardır. Ən çox induksiya olunan seysmiklik aşağı maqnituda da olur. 2004-cü ildən 2009-cu ilə qədər hər il orta hesabla iki M4 hadisəsi və 15 M3 hadisəsi olan Kaliforniyadakı The Geysers geotermal zavodu kimi bəzi yerlərdə müntəzəm olaraq daha böyük zəlzələlər olur. İnsan tərəfindən törədilən zəlzələlər bazası (HiQuake) elmi əsaslarla təklif edilən bütün bildirilmiş seysmiklik hallarını sənədləşdirir.. 2015-ci ildə nəşr olunan Birləşmiş Ştatların Geoloji Xidməti (USGS) tərəfindən törədilən zəlzələlərlə bağlı davam edən çoxillik tədqiqatın nəticələri göstərir ki, Oklahomada 1952-ci ildə 5,7 bal gücündə El Reno zəlzələsi kimi əhəmiyyətli zəlzələlərin əksəriyyəti çirkab suların dərin inyeksiyası nəticəsində baş vermiş ola bilər. Neft sənayesi tərəfindən Oklahoma kimi neft və qaz hasilatı ştatlarında çoxlu sayda seysmik hadisələr, hasilat prosesinin bir hissəsi kimi yaranan tullantı sularının vurulması, həcminin artması ilə əlaqədardır. Xüsusən 2010-cu ildən bəri Mərkəzi və Şərqi Amerika Birləşmiş Ştatlarının (CEUS) bir çox bölgələrində zəlzələlərin nisbətləri son zamanlarda nəzərə çarpacaq dərəcədə artmışdır və elmi tədqiqatlar bu artan fəaliyyətin əksəriyyətini dərin utilizasiya quyularına tullantı sularının vurulması ilə əlaqələndirmişdir. İnduksiya edilmiş seysmiklik-karbon qazının tutulması və saxlanması, karbon qazının vurulması və iqlim dəyişikliyinin təsirini azaltmaq məqsədi ilə qalıq yanacaq istehsalından və ya yer qabığındakı digər mənbələrdən tutulan karbon dioksidi sekvestr etmək məqsədi daşıyır. Verdon, J.P. "Carbon capture and storage, geomechanics and induced seismicity activity".
Yeddi seqmentli indikator
Yeddi seqmentli indikator(seven-segment,семисегментный индикатор,yedi segmentli gösterge)-0-dan 9-dək onluq rəqəmləri göstərə bilən işıq diodu, yaxud maye-kristal indikator. Yeddi seqment dedikdə düzbucaq formalı 8 rəqəmini əmələ gətirən üç üfüqi və dörd şaquli cizgi nəzərdə tutulur. Seqmentlər A-dan G-dək hərflərlə işarə olunur; onluq nöqtəni (decimal point, DP) göstərən səkkizinci seqment kəsr ədədləri əks etdirmək üçün nəzərdə tutulub. Bəzən yeddi seqmentli indikatorda hərflər də göstərilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 771 s.