Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çinarçılıq
İşıqçılıq (türk. Işıkçılık) və ya işıq ələviliyi, həmçinin çinarçılıq (Çınarcılık) — ələvilik və onun tarixi haqqında alternativ anlayışı inkişaf etdirmiş ələvilər arasında yeni sinkretik dini hərəkat. Bu alternativ şərhlər və inanclar Türkiyə yazıçısı Ərdoğan Çinar tərəfindən 2004-cü ildə nəşr kitabından ilhamlanmışdır. İşıqçılıq əhəmiyyətli və güclü ələvi təşkilatlarında çox nüfuz sahibi olmağı bacarmışdır. Məsələn, Avropa Ələvi Konfederasiyası 2006-cı ildə ənənəvi ələvi inanclarından əl çəkmiş, onu marjinal işıqçı tipli anlayışla əvəz etmişdir. Çınar, Erdoğan. Aleviliğin Gizli Tarihi (8th). Istanbul: Kalkedon. 2007 [2004]. ISBN 978-9944115056.
Azərbaycanda narçılıq
Azərbaycanda narçılıq — Azərbaycan Respublikasında narın istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Azərbaycanda ümumi nar bağının sahəsi 24.000 hektara yaxın təşkil edir. Azərbaycanda nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax və Aran iqtisadi rayonunda Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşəsi, Nazik qabıq, Vələs, İri gilə və sair sortlar becərilir. Ən yaxşı nar sortları meyvəsinin kütləsi 800-1000 qrama, orta çəkisi isə 200-400 qrama çatır. Narın homoloji sortlarının məhsuldarlığı da eyni deyildir. Nar sortlarından Məhsəti, Bala Mürsəl və Qırmızı qabıq sortları ən yüksək məhsuldarlığa malikdir. Sortlar üzrə onların məhsuldarlığı 100-160 sentner təşkil edir. Azərbaycanda 70-ə yaxın nar sortları mövcuddur. == Azərbaycanda olan nar sortları == Azərbaycanda ən çox rast gəlinən nar sortları aşağıdakılardır. Bala Mürsəl - Bu sort Şirvan zonasında çox yayılmışdır.